Azərbaycan idmançıları İslamiadada qızıl medal sayını 10-a çatdırıblar

Azərbaycan idmançıları İslamiadada qızıl medal sayını 10-a çatdırıblar
22:12 13 May 2017
54 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 13 may. REPORT.AZ/ "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında 2 çəki dərəcəsində paracüdoçuların mübarizəsinə yekun vurulub.
"Report"un məlumatına görə, Azərbaycan təmsilçiləri günü 2 qızıl, 2 gümüş medalla başa vurublar.
Hər iki çəkidə finalda eyni ölkənin cüdoçuları üz-üzə gəlib. 57 kq çəkidə final görüşündə Afaq Sultanova Sevda Vəliyevanı, 70 kq çəkidə isə Ramilə Kaştayeva Turanə Ağayevanı üstələyib.
Beləliklə, Azərbaycanın bu gün əldə etdiyi qızıl medalların sayı 10-a, gümüş medalları 9-a çatıb. 3 bürünc medalın da əldə olunduğunu nəzərə alsaq, bu gün 22 medal qazanılıb. Bu nəticə ilə Azərbaycan medal əyarında birinci yerdə gedir. Say baxımından isə Türkiyə 27 medalla (10 qızıl, 7 gümüş, 10 bürünc) liderdir.  




Xəbərin orijinal ünvanı: https://report.az/i̇slamiada-2017/azerbaycan-idmancilari-i-slamiadada-qizil-medal-sayini-10-a-catdiriblar

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR