Yunanıstanda sərnişin qatarı relsdən çıxaraq evə girib

Yunanıstanda sərnişin qatarı relsdən çıxaraq evə girib
01:02 14 May 2017
128 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 14 may. REPORT.AZ/ Yunanıstanda Afina-Saloniki marşrutu üzrə hərəkət edən "Intercity" sərnişin qatarı relsdən çıxaraq yaşayış evinə girib.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Skai" telekanalı məlumat yayıb.
Qatarda 100-ə yaxın sərnişinin olduğu və onlardan bəzilərinin xəsarət aldığı qeyd olunur. Hadisə Bakı vaxtı ilə 22.40-da baş verib. Telekanalın məlumatına görə, relsdən elektrovoz və beş vaqon çıxıb.
Hadisə yerində "təcili yardım" və yanğınsöndürmə briqadaları işləyir.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/yunanistanda-sernisin-qatari-relsden-cixaraq-eve-girib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR