100 minlik maşın alan Üzeyir: "Bununla reklam olunmaq..." - FOTO

100 minlik maşın alan Üzeyir: "Bununla reklam olunmaq..."  - FOTO
18:52 14 May 2017
220 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni Üzeyir Mehdizadə yeni aldığı avtomobilindən danışıb.

Milli.Az bildirir ki, musavat.com saytına açıqlama verən müğənni avtomobilinin qiymətini açıqlamaq istəmədiyini deyib:

"Avtomobilimlə reklam olunmaq istəmirəm. Ona görə qiymətini açıqlamayacağam. Dostumun salonundan götürmüşəm. Onun istəyi ilə sosial şəbəkədə avtomobilimin videosunu paylaşdım. Belə şeyləri danışmağı sevmirəm".

İfaçı ATV-də başlayacaq "Maşın şou" proqramına dəvət aldığını da deyib:

"Proqrama dəvət ediblər. Tədbirlərlə üst-üstə düşməsə, mən də qatılacağam. Hələ ki, proqramda kimlərin olub-olmadığı haqda ətraflı məlumatım yoxdur. Bundan sonra danışıqlar aparacağıq".

Mehdizadə sosial şəbəkədə ona yazılan şərhlərdən də danışıb:

"Sosial şəbəkədə tənqid olunmuram. İzləyicilər mahnılarımı, ifa tərzimi müzakirə edir. Kimisi bəyənir, kimisi bəyənmir. Bu da normaldır. lakin heç kim məni tənqid etmir. Tənqidlə bəyənməməyi bildirmək ayrı şeylərdir".

Qeyd edək ki, Ü. Mehdizadə bir müddət öncə yeni aldığı "Mersedes G Class" markalı avomobilinin videosunu sosial şəbəkədə bölüşmüşdü. Nömrəsində müğənninin ad və soyadına uyğun UM hərflərinin olduğu maşının təxmini 100 min manat qiyməti var.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/544704.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR