Məmmədəli Mehdiyev: "Biz İslamiadaya görə müsəlman deyilik"

Məmmədəli Mehdiyev: "Biz İslamiadaya görə müsəlman deyilik"
19:37 14 May 2017
121 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 14 May. REPORT.AZ/ "Rəqibimlə 4 dəfə qarşılaşmışdım və sonuncu dəfə mən udmuşdum. Öz divarlarımız arasında idi və udmalı idim".
"Report" xəbər verir ki, bunu "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında 90 kq çəkidə cüdoçuların mübarizəsində qızıl medal qazanan Məmmədəli Mehdiyev deyib. 
M.Mehdiyevin sözlərinə görə, Avropa çempionatındakı son uğursuzluğundan sonra bu oyun özünü sübut etməyə kömək edib: "Bütün görüşlərim çətin idi. Final isə lap çətin idi. Məsuliyyət idi". 
"Qazanılan pul o insanı döndərir ki, o, buna meyllidir. Mənim belə fikrim yoxdur. Biz İslamiadaya görə müsəlman deyilik, özümüzə görə müsəlmanıq" - deyə o bildirib.

Xəbərin orijinal ünvanı: https://report.az/i̇slamiada-2017/memmedeli-mehdiyev-biz-i-slamiadaya-gore-muselman-deyilik

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR