Teymur Məmmədov İslamiadada ilk qələbəsini qazandı

Teymur Məmmədov İslamiadada ilk qələbəsini qazandı
20:05 14 May 2017
43 İdman
Ölkə mətbuatı
A- A+

Boks üzrə Azərbaycan millisi daha bir medalı təmin edib.

Milli.Az-a Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, yığmamızın üzvü Teymur Məmmədov buna Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında yarımfinala yüksəlməklə nail olub.

Belə ki, Avropa çempionumuz İslamiadada debüt görüşündə Özbəkistan boksçusu Sardorbek Beqaliyev üz-üzə gəlib. Qarşılaşma Məmmədovun qələbəsi ilə yekunlaşıb - 5:0.

Teymur yarımfinal döyüşünü mayın 17-də keçirəcək. Onun rəqibi isə İhab Almatbuliyə (İordaniya) 3:2 hesabı ilə qalib gələn Eldin Qoussun (Suriya) olacaq.

Xatırladaq ki, T.Məmmədovdan öncə Cavid Çələbiyev (60 kq) də 1/2 finala vəsiqə qazanıb.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/544726.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR