Azərbaycan yollarında bazar günü qırğını: 4 ölü, 30 yaralı

Azərbaycan yollarında bazar günü qırğını: 4 ölü, 30 yaralı
10:19 15 May 2017
84 Digər
Ölkə mətbuatı
A- A+

Son sutka ərzində Azərbaycan yollarında baş vermiş qəzalarda 4 nəfər ölüb. Lent.az xəbər verir ki, dünən səhərdən bu gün səhər saatlarınadək respublika yollarında 18 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə ölən şəxslərdən başqa daha 30 nəfər xəstəxanaya yerləşdirilib.

 

Ölümlə nəticələnən qəzalar Siyəzən və Gədəbəy rayonlarında, eləcə də Sumqayıt şəhərində baş verib. Dünən axşam saatlarında Sumqayıtın 20-ci məhəllə adlanan hissəsində naməlum avtomobil piyadanı vuraraq öldürüb. Gədəbəyin Çayqarışan adlı ərazisində isə "Niva"nın aşması sürücünün ölümünə səbəb olub. Bu gün səhər saatlarında Siyəzən avtomobilin aşması isə 2 nəfərin ölümü, daha 2 nəfərin isə yaralanması ilə nəticələnib.

 

Hər bir faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/274606

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR