Bakıda 2 maşın toqquşdu: sürücü öldü

Bakıda 2 maşın toqquşdu: sürücü öldü
11:34 15 May 2017
48 Digər
Ölkə mətbuatı
A- A+

Fövqəladə Hallar Nazirliyinin Bohran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nərimanov rayonunda "Toyota" və "Daewoo" markalı minik avtomobillərinin toqquşması nəticəsində yol-nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub.

 

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 1941-ci il təvəllüdlü Əliyev Elman Bəhman oğlunun cəsədini çıxararaq aidiyyəti üzrə təhvil verib. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/274613

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR