“Hamı məğlub olacaq!” - BMT-nin baş katibindən XƏBƏRDARLIQ

“Hamı məğlub olacaq!” - BMT-nin baş katibindən XƏBƏRDARLIQ
14:23 15 May 2017
59 Dünya
Ölkə mətbuatı
A- A+

“Bütün münaqişələrin tərəfləri öz illüziyalarını bir kənara qoymalıdır və dərk etməlidir ki, müharibəni udmaq olmaz, yalnız uduzanlar var”.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş CGTN telekanalına müsahibəsində bildirib.

“Münaqişə tərəfləri dərk etməlidir ki, onlardan heç biri qalib gəlməyəcək. Bəzən insanlarda illüziyalar yaranır ki, müharibəni uda bilərlər. Amma hazırda müharibələr yalnız məğlubiyyət gətirə bilər. Keçmişin müharibələrində qaliblər və məğlublar olurdu. Amma indi heç kim qalib deyil. Suriyaya, İraqa, Əfqanıstana, Somaliyə və Konqoya baxın. Orada kim qalib gəlir? Heç kəs! Hamı əziyyət çəkir”, - beynəlxalq təşkilatın rəhbəri deyib.

O vurğulayıb ki, dünya terrorizmin hamı üçün real təhlükə olduğu dövrü yaşayır:

“Heç kim qlobal terrorizmdən sığortalanmayıb. Onunla mübarizədə müvəffəqiyyət əldə etmək üçün hamı, hətta bir-biri ilə ziddiyyətləri olan tərəflər də birləşməlidir”.

Ömər


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/198842.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR