Ağır atletimiz çempion oldu

Ağır atletika yarışlarında idmançımız Anastasiya İbrahimli qızıl medal qazanıb.

Metbuat.az-ın məlumatına görə, bu gün çəkisi 69 kq olan qadınlar körpücük üzərinə çıxıblar. Burada Fidan Hüseynzadə və Anastasiya İbrahimli medal mübarizəsi aparıblar.

Fidan birdən qaldırma hərəkətində 69 kq, təkanla qaldırma hərəkətində isə 88 kq-ı ram edib. Toplam 157 kq (69+88) nəticə göstərən atletimiz bu çəkidə 7-ci yeri tutub.

Anastasiya birdən qaldırma hərəkətində 100 kq-ı ram edib. Atletimiz təkanla qaldırma hərəkətində isə 119 kq-ı başı üzərinə qaldırıb.

Toplam 219 kq (100+119) nəticə göstərən A.İbrahimli bu çəki dərəcəsində qızıl medala sahib çıxıb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR