Dadı damağınızdan getməyəcək portağallı keks

Çayı portağallı kekslə içməyə nə deyirsiniz?

Metbuat.az portağallı keksin hazırlanma qaydasını təqdim edir:

Lazım olan ərzaqlar:
200 qr əridilmiş kərəyağı və ya 1 çay st. duru yağ
200 qr şəkər
4 yumurta
2 ədəd sürtgəcdən keçirilmiş portağal qabığı
2 ədəd portağalın suyu
250 qr ələnmiş un
2 çay qaşığı qabartma tozu
2 yemək qaşığı buğda və ya qarğıdalı nişastası
1 çay qaşığı limon suyu və azca sürtgəcdən keçirilmiş limon qabığı

Hazırlanmasına gəldikdə, öncə şəkərlə birlikdə yumurtaları mikserlə çalın. Daha sonra portağal, limon suyu və kərə yağı əlavə edib mikserlə çalmağa davam edin. Proses bitdikdən sonra un, nişasta, qabartma tozu əlavə edib qarışdırın. Keks qabını yağlayıb qarışığı qaba əlavə edin. 170 dərəcəlik öncədən qızdırılmış sobada təxminən 40-45 dəqiqə bişirin. Soyumuş keksin üzərinə hindistan qozu və sürtgəcdən keçirilmiş portağal qabığı səpin.

Nuş olsun!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR