61 yaşlı xalq artistinin nəticəsi oldu: "Qızım və nəvəm tez ərə getdi"

61 yaşlı xalq artistinin nəticəsi oldu: "Qızım və nəvəm tez ərə getdi"
20:19 15 May 2017
173 Digər
Ölkə mətbuatı
A- A+

 

61 yaşlı xalq artisti Ramiz Novruzun nəticəsi olub. Lent.az-ın məlumatına görə, bu barədə “Bizimləsən” verilişində əməkdar artist Dilarə Əliyeva deyib.

 

Aktyor xəbəri təsdiqləyib: “O vaxtı baba olanda mənə dedilər ki, özünü baba kimi necə hiss edirsən? Mən də dedim, mən özümü hələ düz-əməlli ata saymıram. Şəfəq qızımın qızı Ayanın oğlu olub. Bütün cavanlara qismət olsun. Məni 23 yaşında məcburən evləndirdilər. Mən də qızım da, elə nəvəm də tez ailə qurub”.

 

Qeyd edək ki, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru R.Novruz 1955-ci ildə anadan olub. 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/274657

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR