Sənədsiz evin alqı-satqısı tərəfləri üz-üzə qoydu - VİDEO

Sənədsiz evin alqı-satqısı tərəfləri üz-üzə qoydu - VİDEO
21:42 15 May 2017
90 Ölkə
Ölkə mətbuatı
A- A+

Mingəçevirdə sənədsiz evin alqı-satqısı tərəfləri üz-üzə qoyub.

Milli.Az bildirir ki, evi alan onu sənədləşdirə bilmir, satan isə pulun tam ödənmədiyini iddia edir.

Ev üstündə mübahisə Mingəçevirdə baş verib. Zemfira Əsgərova 3 il öncə aldığı həyətyanı sahəni sənədləşdirə bilmir. 2014-cü ildə Təhminə Əliyevadan içində tikilisi olan 4 sot torpaq sahəsini 13 min manata alıb. Zemfira Əsgərova deyir ki, evin sənədi olmadığına görə ev sahibinə 8 min manat pul verərək sənədləşmə işlərini qaydaya salmasını istəyib.

Notariusda 3 aylıq ödəniş müqaviləsi bağladıqdan sonra Zemfira Əsgərova aldığı mənzilə yerləşib. Şəraitsiz evin sənədlərini düzəldib öz adına keçirmək istəyəndə isə problemlə qarşılaşıb.

Həyətyanı sahəni satan qadın isə Zemfira Əsgərovanın düzgün danışmadığını deyir.
Təhminə Əliyeva isə həmin torpaq sahəsinin qiymətində 17 min manata, əgər sənədləşmə işini alan tərəf edərsə, 13 minə razılaşdıqlarını iddia edir.

Mütəxəssislər isə daşınmaz əmlakın alqı-satqısında sənədləşmənin qaydasında olmasının vacibliyini vurğulayırlar. /xezerxeber.az

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/545134.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR