Ermənistan ciddi siyasi dilemmalar qarşısında qalıb.
Publika.az xəbər verir ki, ABŞ və Rusiya qarşıdurması
düşmən ölkəni çıxılmaz vəziyyətə salıb.
Rəsmi İrəvan Moskvanın nəzarətindədir, lakin Ermənistana böyük
təsir imkanlarına malik olan erməni diasporu Vaşinqtona
yaxındır.
Rusiya Gümrüdəki 102-ci hərbi bazasından Suriyadakı əməliyyatlar
üçün istifadə etmək niyyətini açıqlayıb. Ermənistan bununla İŞİD-in
hədəfinə çevrilə biləcəyindən qorxur.
Ermənistan bu yolla məhv ediləcək: İrəvanın düşdüyü TƏLƏ və DƏHŞƏTLİ PLAN
Brüsseldə fəaliyyət göstərən “Avropa Siyasəti Mərkəzi”nin siyasi
analitiki Amanda Pol hesab edir ki, Rusiya Gümrüdəki 102-ci hərbi
bazadan Suriyadakı əməliyyatları üçün istifadə edəcək və İŞİD-in
vuracaqsa, bu bütün regiona ciddi təhlükə yaradacaq: “Çünki İŞİD
Ermənistanı hədəfə alacaq və bundan da ən çox region əziyyət
çəkəcək. Moskva bununla öz hərbi üstünlüyünü göstərəcək, lakin bu
təhlükəli oyundur”.
Onun sözlərinə görə, Gümrüdəki baza Suriyaya yaxındır və Rusiyanın
bu bazadan istifadə edəcəyi ehtimalı böyükdür.
Lakin məsələ təkcə İŞİD təhlükəsi yox, Ermənistanın ABŞ-a qarşı
cəbhədə yer almasıdır. Rusiya Gümrüdəki bazadan Suriyadakı
əməliyyatlarda istifadə edəcəksə, bu, Ermənistanın da Moskvanın
dəstək verdiyi Əsədin yanında yer alması deməkdir.
A.Pol da hesab edir ki, Rusiya Ermənistanı ABŞ-a qarşı cəbhəyə
sürükləyir və bu, olduqca təhlkəli oyundur.
Erməni ekspert Aram Amatuni bildirib ki, ABŞ-ın Ermənistandakı
parlament seçkiləri ilə bağlı hakimiyyət nümayəndələrinə
sanksiyaların tətbiqini gündəmə gətirməsi dolayısı ilə İrəvana
Rusiyanın yanında olmasının mesajıdır.
Ermənistanın “Jamank” qəzeti bir neçə gün sonra ABŞ-ın parlament
seçkilərinin saxtalaşdırılmasında iştirak edən erməni məmurlara
qarşı sanksiyaların tətbiqi prosesinə başladığını yazmıışdı.
Qəzet qeyd edirdi ki, parlament seçkilərini saxtalaşdırmaqda
şübhəli bilinən hakim Respublika Partiyasının bir sıra üzvünün ABŞ
hökumətinin maliyyələşdirdiyi layihələrdə iştirakına qadağa
qoyulacaq.
Sanksiyalar tətbiq ediləcək şəxslərin adı “qara siyahı”ya salınacaq
və onların ABŞ-a girişi qadağan olunacaq.
“Ermənistan Prezident Administrasiyası ABŞ səfirliyindən kimlərin
adının “qara siyahı”ya salındığı haqda dəqiq informasiya öyrənməyə
çalışır. Lakin ABŞ bu şəxslərə qarşı təkcə sanksiyalar tətbiq
etməklə kifayətlənməyəcək, həmçinin, onların qohumlarının da adını
“qara siyahı”ya salacaq. İstisna deyil ki, ABŞ şirkətləri öz
investisiyalarının bir hissəsini də Ermənistandan çıxaracaq”, -
deyə qəzetə yazıb.
A.Amatuni isə Ermənistanın son şansının hələ də qaldığını
açıqlayıb.
“ABŞ Konqresi Avropada Rusiyanın təsirinin zəiflədilməsi üçün 100
milyon dollar vəsait ayırdı. Vaşinqtonun bu planına Şərq
əməkdaşlığı ölkələri, o cümlədən Ermənistan daxildir. Həmçinin,
böyük ehtimalla əsas hədəfdə Qafqaz regionu da var. Beləliklə,
Ermənistan ciddi seçim qarşısındadır. Əgər bu prosesə qoşularsa,
ABŞ-ın hücumundan yayına bilər. Lakin İrəvandakı hakimiyyətin
Kremlin əleyhinə heç nə etməyəcəyi də dəqiqdir. Bu, Ermənistanın
gələcəyi üçün ciddi təhlükələrdən xəbər verir”, - deyə erməni
ekspert vurğulayıb.
Asif
Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/198955.htmlŞahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 0552252950 (Whatsapp)