Gəncə-Daşkəsən avtomobil yolunda maşın aşıb, ölən var

00:22 8 Yanvar 2015
82 Digər
Ölkə mətbuatı
A- A+

[ 08 Yanvar 2015 00:16 ]

Gəncə. Azər Məmmədli – APA. Gəncə-Daşkəsən avtomobil yolunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Daşkəsən rayon Polis Şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə yanvarın 7-də, axşam saatlarında rayonun Quşçu kəndi ərazisində baş verib. Gəncə şəhər sakini, 1980-ci il təvəllüdlü Zöhrab Bayramov idarə etdiyi “Mercedes” markalı avtomobillə idarəetməni itirərək maşını yolun kənarındakı dərəyə aşırıb.

 

Hadisə zamanı sürücü ölüb, avtomobildə olan Samux rayon Sərkar kənd sakini, 1986-cı il təvəllüdlü Hüseyn Axundov isə yaralanaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin normal olduğu bildirilir.

 

Faktla bağlı Daşkəsən rayon Polis Şöbəsində araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368335

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR