Nazir: “Hər bir idmançıya qazandığı medala görə mükafat veriləcək”

Nazir: “Hər bir idmançıya qazandığı medala görə mükafat veriləcək”
10:48 17 May 2017
59 Digər
Ölkə mətbuatı
A- A+

Gənclər və idman naziri Azad Rəhimov IV İslam Həmrəyliyi Oyunlarında bir medaldan artıq qazanan idmançılara yalnız bir medalın mükafatının veriləcəyi barədə yayılan xəbərlərə münasibət bildirib.

Publika.az xəbər verir ki, nazir Azad Rəhimov bu gün keçirdiyi mətbuat konfransında sözügedən sualı belə cavablandırıb:

“Bunlar hamısı şayiədir. Bununla bağlı ölkə başçısının konkret sərəncamı var. Bu sərəncamı isə heç bir şayiə dəyişə bilməz”.

Komanda şəklində medal qazanan idmançıların mükafatı məsələsinə də toxunan A.Rəhimov qeyd edib ki, mükafatlar idmançıların hər birinə ayrı-ayrılıqda deyil, komanda hesabına köçürüləcək.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/islamiada/199104.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR