Məşuqəsi sabiq ABŞ prezidentinin İNTİM SİRRİNİ AÇDI - FOTO

Məşuqəsi sabiq ABŞ prezidentinin İNTİM SİRRİNİ AÇDI - FOTO
14:38 17 May 2017
95 Digər
Ölkə mətbuatı
A- A+

Amerikada hakimiyyətdən gedən prezidentlərin kitab yazmasına artıq təəccüblü baxılmır. Bu, onların yeni qazanc əldə etmə üsullarından ən sadə və rahat olanıdır. Hakimiyyətdə olduqları illərin məxfi (dərc olunacaq qədər məxfi) sirlərindən ibarət olan kitablar onlara yüksək gəlir qazandırır. Belə ki, Ağ Evdən təzəcə getmiş ABŞ-ın sabiq prezidenti Barak Obama və həyat yoldaşı Mişel Obama hələ adını belə qoymadıqları iki kitab üçün ilkin olaraq 65 milyon dollar qonarar alıblar.

Onlar bu yolla bir sıra sirləri, ədəbi ambisiyaları qələmə alaraq xalqı maraqlandıran məşhur "Ağ Evin" içərisində baş verənləri gündəmə gətirirlər.

Bill Klinton özünün "Mənim həyatım" adlı hekayələr toplusu ilə mətbuatda geniş müzakirələr səbəb olmuşdu. Obama özündən əvvəlki prezidentlərdən geri qalmamaq üçün onların yolunu davam etmək qərarına gəlib.

Publika.az xəbər veirir ki, Devid Qarroun müəllifi olduğu "Yüksələn ulduz" kitabında Barak Obama haqqında maraqlı faktlar yer alır.

Obama həyat yoldaşı Mişelə qədər iki dəfə evlilik yolunda olub. İlk sevgisini 80-ci illərin ortalarında Çikaqoda tapıb.

Universitet dövründə dostları arasında "Barri" ləqəbiylə tanınan Barak Obamanın homeseksual olması haqqında gəzən şayiələr doğru imiş. Yazıçının sözlərinə görə, onun daha əvvəl avstraliyalı diplomatın qızı ilə yaxın əlaqələri olub.

Həmin diplomatın qızı Cenevyov Kuk Obama ilə əlaqələri barədə bunları deyib: "Bizim çox yaxın münasibətlərimiz olub. Barakla cinsi əlaqədə olmaq çox gözəl idi. O mənim ilk qaradərili sevgilim olub və onunla inanılmaz anlar yaşamışıq"

Kollec professoru olan Şeyla Djaqerdə Obamanın məşuqələrindən olub. Onun Obama haqqında təəssüratları isə Mişelin heç xoşuna gəlməyəcək: "Mənə yazdığı ehtiraslı məktubları sizə verdim. Oxucular Barakın mənə yazdıqlarını oxuyanda onun mənə dəlicəsinə aşiq olduğunu anlayacaqlar. Bizi yalnız ehtiras hissləri bağlasa da mən onu heç vaxt unuda bilməmişəm".

Barak Obamanın dostlarının sözlərinə görə, o, həmişə deyib ki, əgər mən ağbəniz qadınla münasibətdə olsam, onda məndən heç nə gözləməyin.

Barak Obama tələbəlik illərində Donal Tramp haqqında belə ifadə işlətmişdi: "Əgər mən bir gün Donald Tramp kimi olsam, bu o deməkdir ki, mənim uşaqlarımda bir gün onun nail olduğu hər şeyi əldə edə biləcək".

Son olaraq kitabında ABŞ-ın sabiq prezidenti Barak Obama haqqında fikirlərini paylaşan müəllif Devid Qarrou deyib ki, əgər məndən onun seçilməsi üçün səs verib verməyəcəyimi soruşsaydılar, mən sadəcə ona "səsini kəsməsini" deyərdim: "Güman edirəm, mənimlə razılaşarsız ki, Obamanın formalaşması üçün böyük əziyyətlər çəkilib. Musiqiçi, homoseksual gəncin siyasətçi kimi formalaşması asan iş deyil. 2004-cü ilə qədər sadə həyat yaşayan Obama yavaş-yavaş məşhurluq zirvəsinə doğru getməyə başladı. Nəhayət, ehtiraslı qaradərili oğlan ABŞ-ın prezidenti də oldu".

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqlidunyasi/199142.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR