Kinoloji it avtomobildən narkotik vasitə aşkar etdi

Kinoloji it avtomobildən narkotik vasitə aşkar etdi
19:34 17 May 2017
63 Digər
Ölkə mətbuatı
A- A+

Astara Gömrük İdarəsinin yük şöbəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn İran İslam Respublikası vətəndaşının idarə etdiyi "Renault Premium" markalı yük avtomobilinə kinoloji xidmət iti tətbiq edilməklə gömrük baxışı keçirilib. Lent.az Gömrük Komitəsinin saytına istinadən xəbər verir ki, kinoloji xidmət itinin reaksiyasına əsasən nəqliyyat vasitəsinin salonunda aparılan yoxlama zamanı sürücüyə məxsus şəxsi ləvazimatların olduğu əl çantasından üzərində "Pepsi" sözləri yazılan 300 ml-lik qabda xalis çəkisi 0.23 qram təşkil edən narkotik vasitə- metadon aşkar edilib.

 

Qeyd edək ki, metadon Azərbaycan Respublikası ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin 2-ci siyahısına daxildir.

 

Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/274820

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR