Əfqanıstanda televiziyaya hücum: 6 ölü, 18 yaralı

Əfqanıstanda televiziyaya hücum: 6 ölü, 18 yaralı
23:54 17 May 2017
70 Digər
Ölkə mətbuatı
A- A+

Əfqanıstanın Cəlalabad şəhərində (Nanqarxar əyaləti) silahlılar dövlət televiziyasının binasına hücum edib.

 

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə, hadisə nəticəsində 4-ü televiziya əməkdaşı olmaqla 6 nəfər ölüb, 18 dinc sakin yaralanıb.

 

Hadisə yerinə cəlb edilən Əfqanıstan təhlükəsizlik qüvvələri dörd saatlıq döyüşdən sonra silahlıları zərərsizləşdirib. Məlumata əsasən, hücumu həyata keçirən üç nəfərdən 2-si öldürülüb, daha 1-i yaxalanıb.

 

Hücuma görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/274832

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR