3 aya pensiya və müavinətlər üçün 824,3 milyon manat vəsait yönəldilib

3 aya pensiya və müavinətlər üçün 824,3 milyon manat vəsait yönəldilib
10:44 18 May 2017
84 Digər
Ölkə mətbuatı
A- A+

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən cari ilin yanvar-mart aylarında pensiya və müavinətlərin maliyyələşdirilməsinə 824,3 milyon manat vəsait yönəldilib.

 

Dövlət Statistika Komitəsindən Lent.az-a verilən məlumata görə, bu da ötən ilin müvafiq dövrünə nisbətən 68,8 milyon manat və ya 9,1 faiz çoxdur. Vəsaitin 97,4 faizini pensiya xərcləri təşkil edib.

 

2017-ci ilin üç ayı ərzində əhaliyə 21,5 milyon manat məbləğində müavinət ödənilib ki, bunun da 20,0 faizi hamiləliyə və doğuma görə, 24,0 faizi əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, 16,8 faizi dəfn üçün, 39,2 faizi isə digər məqsədlər üçün ödənilən müavinətlərə yönəldilib.

 

Məlumatda qeyd edilib ki, 2017-ci il aprelin 1-i vəziyyətinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda 1318,9 min nəfər pensiyaçı qeydiyyatda olub ki, bu da ölkə əhalisinin 13,6 faizini təşkil edir. Onların 59,3 faizi yaşa, 29,2 faizi əlilliyə, 11,5 faizi isə ailə başçısını itirməyə görə pensiya alır.

 

Təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,6 faiz artaraq 200,3 manat təşkil edib və orta aylıq əmək haqqının 38,9 faizinə bərabər olub. 2017-ci il aprelin 1-i vəziyyətinə 374,9 min nəfərə sosial müavinətlər təyin olunub. Yaşa görə müavinət alanların sayı 19,1 min nəfər, əlilliyə görə - 154,7 min nəfər, ailə başçısını itirməyə görə - 43,4 min nəfər, sağlamlıq imkanları məhdud olduğuna görə müavinət alan 18 yaşadək uşaqların sayı isə 71,9 min nəfər olüb.

Əmək pensiyası almaq hüququ olmayan 53,7 min nəfərə kommunal, nəqliyyat və digər xidmətlər üçün müavinət verilib.

 

Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların 421 nəfər qəyyumuna aylıq müavinət verilib.  Bununla yanaşı, şəhid ailələrinin, müharibə əlillərinin, Çernobıl AES-də baş vermiş qəzanın ləğvində iştirak edərək I və II qrup əlil olmuş şəxslərin və müddətli hərbi xidmət qulluqçularının 9,7 min ailəsinə 18,1 min uşaq üçün aylıq müavinət verilib. Bundan əlavə, 3243 nəfər bir yaşadək uşağa görə 3188 ailəyə və beşdən çox uşağı olan 3,1 min qadına 8,9 min uşaq üçün sosial müavinət verilib.

 

2017-ci ilin üç ayı ərzində ƏƏSMN tərəfindən 30153 nəfərə, o cümlədən 24257 uşağın doğulmasına görə, 3938 nəfərə radiasiya qəzası nəticəsində əlil olmuş şəxslərin müalicəsi üçün, 1143 nəfərə penitensiar müəssisələrində cəza çəkməkdən azad edilmiş şəxslərə və həyatını itirmiş 815 nəfərin dəfni üçün birdəfəlik müavinətlər verilib.

Cari ilin aprelin 1-i vəziyyətinə əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində 439 nəfər zərərçəkən kompensasiya alıb.

 

Ölkədə 140,8 min aztəminatlı ailənin 587,5 min nəfər üzvü ünvanlı dövlət sosial yardımı almış və onun bir nəfərə düşən orta aylıq məbləği 35,8 manat təşkil edib.  Cari ilin əvvəli ilə müqayisədə ünvanlı dövlət sosial yardımı alanların sayı 5,3 faiz artıb.

Azərbaycan Respublikası Prezidentinin təqaüdünü almış şəxslərin sayı 58,2 min nəfər olub. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/274851

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR