Xəstəxanaya yerləşdirilən əməkdar artist: "Həkimlər 3 gün dedi"

13:44 18 May 2017
85 Digər
Ölkə mətbuatı
A- A+

Bir neçə gün öncə xəstəxanaya yerləşdirilən əməkdar artist Naibə Allahverdiyeva səhhətindən danışıb. Lent.az-a açıqlama verən aktrisa bildirib ki, artıq səhhəti normallaşır: “Mənə əsəbiləşmək olmaz. Əsəbdən xəstəxanaya düşdüm. Bir də təzyiq problemim var. İllərin yığılan stressi, gərginliyi məni çökdürdü. Həkimlər deyirlər ki, sağlamlığıma diqqət etməli, əsəbiləşməməliyəm. Həkimlər 3 gündən sonra xəstəxanadan evə buraxılacağımı dedilər. Evdə də bir neçə gün qaldıqdan sonra Günəşli Nevroloji Sanatoriyasında yatacam”.

 

Əməkdar artist sevgilisindən ayrıldığı və buna görə xəstəxanaya yerləşdirildiyi xəbərinə də münasibət bildirib: “Bunu kim deyir? Harda yazıblar? Belə bir şey yoxdur, yəni şəxsi həyatımda ayrılıq yoxdur”.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/274870

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR