İslam Abbasov: "İslamiada mənim üçün 2020-ci il Olimpiadasına tramplindir"

İslam Abbasov: "İslamiada mənim üçün 2020-ci il Olimpiadasına tramplindir"
21:02 18 May 2017
58 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 18 may. REPORT.AZ/ "Qələbəmi yaxınlarıma dostlarıma, əsasən də valideynlərinə həsr edirəm".
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarının Yunan-roma güləşi üzrə 85 kq çəki dərəcəsində qızıl medal mükafatçısı İslam Abbasov deyib.
İ.Abbasovun sözlərinə görə, İslamiada onun üçün 2020-ci il Olimpiadasına tramplindir: "Hamı istəyir ki, Olimpiya çempionu olum. Dünya çempionu olmaq asandır, amma onu qoruyub saxlama çətindir. Çünki rəqiblərin səni axtarır-araşdırır".
O, türkiyəli idmançının finalda etirazına da aydınlıq gətirib: "Türk idmançı ilə 7-ci dəfə görüşürdük və cəmi 1 dəfə qalib gəlib. Ona görə bir-birimizi yaxşı tanıyırdıq. Hakimin mənə xal verməsinə gəlincə, oyun obyektiv keçdi. Sadəcə, o məğlub oldu və məğlubiyyətlə barışmadığı üçün etiraz etdi".

Xəbərin orijinal ünvanı: https://report.az/i̇slamiada-2017/i-slam-abbasov-i-slamiada-menim-ucun-2020-ci-il-olimpiadasina-tramplindir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR