Lavaşda bişən pizza

Lavaşda qısa zamanda bişən pizzanın resepti.

Ərzaqlar:

Mozzarella pendiri - 6-7 dilim
Lavaş -1 ədəd
Pomidor əzməsi - 70 qr
Reyhan yarpaqları
Duz, istiot

Hazırlanması:

Bütöv lavaşın üzərinə çox xırda doğranmış və suyu çıxmış pomidor çəkilir. Üzərindən pendir dilimləri düzülür, duz, istiot vurulur, təzə reyhan yarpaqları qoyulur. Tava isidilir, orta odda 10 dəqiqə hazırlanır: ta ki pendirlər tam əriyənə kimi. Çalışın lavaşın altı yanmasın.
Elə dərhal da süfrəyə verilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR