Yuxusuzluq problemi yaşayanlar

Astma və depressiya kimi bir çox xəstəliklər yuxu rejiminin pozulmasına səbəb olur.

Metbuat.az xəbər verir ki, keyfiyyətli yuxu yatmaq üçün qidalanmanıza diqqət etməlisiniz. Təqdim edəcəyimiz bu qidalar həzm sistemini yormadan əzələləri rahatlaşdırıb, insanın sakitləşməsinə kömək edir:

Banan: Meyvənin yuxu gətirici xüsusiyyəti olduğu deyilir. Banan serotonin (xoşbəxtlik) və melatonin (yuxu) hormonlarının ifrazını artırır, tərkibindəki maqnezium isə əzələləri rahatlaşdırır.

Çobanyastığı çayı: Sakitləşdirici xüsusiyyəti var.

İlıq süd: Tərkibindəki “triptofan” maddəsi zehni sakitləşdirir və daha sağlam yuxuya getməyi təmin edir.

Bal: Bitki çayı və ya ilıq südün içərisənə əlavə edib içəcəyiniz balın təsiri çox böyükdür. Tərkibindəki şəkər beyni müsbət istiqamətdə hərəkətləndirir.

Badam: Bir ovuc badam yesəniz, həm “tripofan”, həm də kalsium sayəsində əzələləriniz rahatlayacaq.

Kətan toxumu: Süd və ya qatığın içərisinəqatacağınız kətan toxumu "omega-3" yağ turşuları ilə zəngindir. İnsanı mənəvi cəhətdən rahatladır.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR