Azərbaycanın daha bir idmançısı "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarında uşu yarışlarının yarımfinalına vəsiqə əldə edib.
Milli.Az Trend-ə istinadən bildirir ki, 56 kiloqram çəki dərəcəsində yarışan Elçin Eminov ilk görüşündə qırğızıstanlı Avazbek Amanbekova 2:0 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib.
Qeyd edək ki, Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində