Rusiyada qəzada 5 nəfər ölüb

Rusiyada qəzada 5 nəfər ölüb
10:59 21 May 2017
88 Digər
Ölkə mətbuatı
A- A+

Rusiyada ağır yol qəzasında 5 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

 

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, ötən gecə yerli vaxtla saat 03.00 radələrində Başqırdıstanda “Nissan Skyline” və “Lada Kalina” markalı iki minik avtomobili toqquşub.

 

“Lada Kalina” markalı minik avtomobilinin sürücüsü və onun üç sərnişini, o cümlədən digər avtomobilin sürücüsü ölüb. Qəzada xəsarət alan iki nəfər xəstəxanaya yerləşdirilib. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/275073

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR