4 maşında köməksiz vəziyyətdə qalanlar xilas edildi - Qobustanda

4 maşında köməksiz vəziyyətdə qalanlar xilas edildi - Qobustanda
02:59 22 May 2017
86 Digər
Ölkə mətbuatı
A- A+

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qobustan rayonu, Nabur kəndi ərazisində yağış yağması nəticəsində avtomobil yolunun keçilməz olması səbəbindən dörd ədəd minik avtomobilində insanların köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

 

APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Mülki Müdafiə Qoşunlarının canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunaraq vətəndaşlara müvafiq köməklik göstərilib . Əməliyyat saat 00:25-də başa çatıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/275113

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR