Daşkəsəndə ölümcül qəza: “Qazel” “VAZ”a çırpıldı

Daşkəsəndə ölümcül qəza: “Qazel” “VAZ”a çırpıldı
03:24 22 May 2017
171 Digər
Ölkə mətbuatı
A- A+

 

Daşkəsəndə ölümlə nəticələnən yol qəzası baş verib.

 

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Daşkəsən rayonu, Quşçu kəndi ərazisində “Qazel” markalı yük avtomobilinin “VAZ” markalı minik avtomobilinə çırpılıb.

 

Dərhal Nazirliyin Gəncə Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq qəza nəticəsində körpüdən çaya düşən iki nəfər sürücünü və 1949-cu il təvəllüdlü Bəxtiyar Salman oğlu Uğurluyevin meyitini çıxararaq aidiyyətı üzrə təhvil veriblər. Əməliyyat saat 00:49-da başa çatıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/275114

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR