Prezident Abu Dabinin vəliəhdini qəbul edib

Prezident Abu Dabinin vəliəhdini qəbul edib
10:29 22 May 2017
44 Digər
Ölkə mətbuatı
A- A+

Prezident İlham Əliyev mayın 21-də Abu Dabinin Vəliəhdi, Birləşmiş Ərəb Əmirliklərinin Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini Şeyx Məhəmməd Bin Zayed Əl Nəhyan ilə görüşüb.

 

 

Lent.az-ın AzərTac-a istinadən məlumatına görə, görüşdə ikitərəfli münasibətlərimizin yüksək səviyyədə olduğu və dinamik şəkildə inkişaf etdiyi bildirilib.  Birləşmiş Ərəb Əmirliklərindən Azərbaycana gələn turistlərin və ölkələr arasında hava uçuşlarının sayının artması məmnunluqla qeyd edilib,  ticarət əlaqələrinin genişləndirilməsi üçün yaxşı potensialın olduğu vurğulanıb.

 

Söhbət zamanı sərmayə qoyuluşu, enerji sahəsi, Azərbaycanda yaradılan azad ticarət zonasında Birləşmiş Ərəb Əmirliklərinin iştirakı, neft-kimya, nəqliyyat, turizm, kənd təsərrüfatı, səhiyyə sahələrində əməkdaşlıq üçün yaxşı perspektivlərin olduğu bildirilib və bu məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/275124

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR