Azərbaycandakı qətllərlə bağlı RƏSMİ MƏLUMAT

Azərbaycandakı qətllərlə bağlı RƏSMİ MƏLUMAT
11:44 22 May 2017
66 Digər
Ölkə mətbuatı
A- A+

Daxili İşlər Nazirliyi ölkədə baş vermiş qətl hadisələri ilə bağlı məlumat yayıb. Lent.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, mayın 20-də Quba rayonunun Güləzi kəndində yaşayan Murad Ələsgərov evində münaqişə zəminində arvadı Ulduz Ələsgərovaya balta ilə xəsarət yetirib və qadın hadisə yerində ölüb. M.Ələsgərov könüllü olaraq Quba RPŞ-yə gələrək istintaqa təslim olub.

 

Bundan başqa mayın 18-də Biləsuvar rayonunun Zəhmətabad kənd sakini İradə Rəsulovanın mayın 14-də atası Təzəbəy Rəsulovun ölməsi, qohumları tərəfindən ona xəbər verilmədən dəfn edilməsi və bu səbəbdən onun öldürülməsindən şübhələndiyini bildirməsi barədə ərizəsi əsasında görülmüş tədbirlərlə T.Rəsulovun meyiti eksqumasiya edilib. Araşdırmalar zamanı onun boğma yolu ilə qətlə yetirilməsi müəyyən edilib. Həyata keçirilən istintaq və əməliyyat tədbirləri ilə hadisəni törətməkdə şübhəli bilinən oğlu Rahib tutulub.

 

Faktla əlaqədar cinayət işi başlanılıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/275135

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR