MakAlister: "Azərbaycan Avropa ilə müsəlman dünyası arasında körpü ola bilər"

MakAlister: "Azərbaycan Avropa ilə müsəlman dünyası arasında körpü ola bilər"
15:08 22 May 2017
40 Digər
Ölkə mətbuatı
A- A+

“Biz dünyəvi müsəlman ölkəsi kimi din azadlığının təmin olunmasında və mədəniyyətlərarası dialoqda Azərbaycanın rolunu yüksək qiymətləndiririk və coğrafi baxımdan Azərbaycanın əhəmiyyətini yaxşı anlayırıq”.

Bunu Azərbaycanda səfərdə olan Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin yeni sədri, Avropa Xalq Partiyasının Almaniyadan olan deputatı Devid MakAlister Milli Məclisdə jurnalistlərə deyib.

O qeyd edib ki, Azərbaycan Avropa, müsəlman dünyası və Asiya arasında bir körpü rolunu oynaya bilər:

“Ona görə də Azərbaycanla əməkdaşlığı və eyni zamanda, Azərbaycanda həyata keçirilən islahatlara dəstəyi dərinləşdirməliyik”. (trend)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/199736.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR