Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları başa çatıb. Apasport.az saytının məlumatına görə, paytaxtımızda təşkil olunan yarışa tennisçilərin mübarizəsi ilə yekun vurulub.
Bununla, İslamiadada 268 dəst medal öz sahibini tapıb. 11 gün ərzində 269 qızıl, 267 gümüş, 350 bürünc, ümumilikdə 886 mükafat 40 ölkə təmsilçisi arasında bölüşdürülüb. Yarışa qatılan 14 ölkənin komandası isə Bakıdan əliboş qayıdır.
Bu medallardan 162-si Azərbaycan idmançılarının payına düşüb. Ümumi medal sayında Türkiyədən (195) geri qalmasına baxmayaraq, əyarına görə yığmamız İslamiadanın qalibi olub. Bununla da ölkəmiz tarixində ilk dəfə multi-idman tədbirinin ən güclüsü adına yiyələnib. İndiyədək ən yaxşı nəticəmiz 2 il öncə Avropa Oyunlarında 2-ci pillədə qərarlaşmağımız idi.
Azərbaycan millisi həm də İslamiadaların ənənəsini davam etdirib. Belə ki, Səudiyyə Ərəbistanı 2005-ci, İndoneziya 2013-cü ildə təşkil etdiyi Oyunların qalibi olmuşdu. Lakin qızıl medal sayında həmin ölkələri də geridə qoyan Azərbaycan mütləq rekord müəyyənləşdirib. 75 çempionluq yaşayan millimiz İslamiadalar tarixinin görünməmiş nəticəsinə imza atıb. Türkiyə millisinin qazandığı 195 medal da tarixə rekord kimi düşüb.
Ümumilikdə isə yığmamız 75 qızılla yanaşı, 50 gümüş və 37 bürünc medal sevinci də yaşayıb. İkinci olan Türkiyə bizdən 4 qızıl az alıb. İlk “üçlüy”ü 98 mükafatla İran qapayıb.
N |
Ölkə |
Qızıl |
Gümüş |
Bürünc |
0552252950 (Whatsapp) BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏRTop xəbərlərSon xəbərlər »“Samsung”dan “Galaxy” modelləri ilə bağlı çağırış
26 Aprel 2024
03:15
COP29-un rəhbər heyəti BMT İDÇK-nın müşahidəçiləri ilə görüşdü
26 Aprel 2024
01:19
Əhali çörəkdən imtina edir: Qiymət dəyişəcək? -
26 Aprel 2024
01:03
Türkmənistanın dövlət nümayəndə heyətinə Azərbaycan xalçası hədiyyə edildi
26 Aprel 2024
00:12
Xavi qərarını niyə dəyişdi?
25 Aprel 2024
23:34
Bu avtomobillərin qiymətləri artacaq
25 Aprel 2024
23:15
"Səhər saat 10-da baxırsan ki, efirdə bir-birini qırırlar" -
25 Aprel 2024
23:14
Övladları və xanımı yasda İŞTİRAK ETMƏDİ -
25 Aprel 2024
23:07
Alternativ siqaret çəkmək üsulları haqqında elm
25 Aprel 2024
22:46
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi -
25 Aprel 2024
22:43
|