Bakıda 66 yaşlı kişi qətlə yetirildi

Bakıda 66 yaşlı kişi qətlə yetirildi
08:19 23 May 2017
77 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda qətl törədilib.

 

Qaradağ Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə,  hadisə Lökbatan qəsəbəsində qeydə alınıb.

 

Qəsəbə sakini, 1976-cı il təvəllüdlü Elxan Şıxbaba oğlu Ağayev aralarında yaranmış mübahisə zəminində tanışı, 1951-ci il təvəllüdlü Baləhməd Əliməmməd oğlu Baləhmədovu bıçaqla qətlə yetirib.

 

Məlumata görə, bundan əvvəl B. Baləhmədov E.Ağayevi bıçaqlayıb. Bir ay sonra isə E.Ağayev qisas məqsədilə B.Baləhmədovu bıçaqlayaraq öldürüb. Cinayəti törədən E.Ağayev saxlanılıb.

 

Faktla bağlı cinayət işi açılıb, istintaq tədbirləri aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/275192

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR