Göbələkli burgerin hazırlanması

Ləzzətli və asan hazırlanan göbələkli qamburgerə heç kim yox demir.

Metbuat.az göbələkli qamburgerin hazırlanma qaydasını təqdim edir:

Tərkibi:

2 stəkan un

1 kiçik baş quru soğan

3 yumurta

2-3 diş sarımsaq

Yarım dəstə cəfəri

Maye yağ

Kəklikotu, pul bibər, quru nanə, adi cirə

Duz

Qamburger çörəyi, kahı

Mayonez

Dilimli burger pendiri və ya kaşar pendiri

2 ədəd pomidor

Hazırlanması:

Göbələkləri yuduqdan sonra qaynadın. Sonra soyuq suya tutun. Soyuyan göbələkləri sıxaraq qaba alın. Xırda-xırda doğrayın. Doğradığınız göbələkləri bir qabın içinə alıb, üstünə çörəyin içini, duz, soğan, sarımsaq, cəfəri və ədviyyatları əlavə edin. Yumurtaları qırıb yoğurmağa başlayın.

Küftələri qamburger çörəyi genişliyində hazırlayıb qızardın.

İsitdiyiniz qamburger çörəyinin içərisinə kahını üstündən küftəni qoyun. Üzərinə dilimlədiyiniz kaşarı ya da burger pendirini əlavə edin. Dilimdədiyiniz pomidorları qoyub, mayonez sıxın.

Nuş olsun!

Aysel Yaqubqızı / Metbuat.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR