NASA mutasiyaya uğramış göbələkdən krem hazırlayır - Marsda istifadə ediləcək

NASA mutasiyaya uğramış göbələkdən krem hazırlayır - Marsda istifadə ediləcək
15:23 23 May 2017
66 Digər
Ölkə mətbuatı
A- A+

NASA alimləri Marsda aparılacaq ekspedisiyalar üçün xüsusi təhlükəsizlik kremləri istehsal edəcək.

Publika.az xəbər verir ki, NASA alimləri Çernobıl Atom Elektrik Stansiyası ətrafında mutasiyay uğramış, qəribə formada böyüyən göbələklər tapıblar. NASA-nın yaydığı açıqlamaya görə, göbələkləri incələyən tədqiqatçılar onlardan yeni krem növü hazırlamaq fikrinə düşüblər. Çünki göbələklərin tərkibində radiasiya zamanı insan orqanizmində sabitliyi təmin edən molekullara rast gəliblər. Buna görə də alimlər belə qənaətə gəliblər ki, yeni krem ultrabənövşəyi şüalara qarşı daha effektiv olacaq.

Kremin Marsda keçirilən ekspedisiyalar zamanı faydalı ola biləcəyi deyilir.

Marsa ekspedisiya məsləsi tez-tez səsləndirilsə də, bu persperktivlərdən çox uzaq görünür. NASA-nın nümayəndəsi Qreq Uilyamsın sözlərinə görə, Qırmızı planetə insanın ayağı ilk dəfə 2030-cu ilə dəyəcək. Bundan əvvəl isə Ayda astronavtların uçuşlarının həyata keçiriləcəyi laboratoriyalar yaradılacaq.

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqlidunyasi/199851.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR