2018-2019-cu ildə Ermənistan Rusiyadan yeni silah
partiyası alacaq. Günün əsas mövzusu heç şübhəsiz ki, İngiltərədə
törədilən terror aktıdır. Terror aktı törədən kamikadzenin
şəxsiyyəti müəyyən edilib. ABŞ prezidenti Donald Trampın Fələstin
lideri Mahmud Abbasla görüşüb. ABŞ PYD-yə (PKK terror təşkilatının
Suriya qolu –red.) 100 TIR silah çatdırıb. Türkiyə Azad Suriya
Ordusunun (ASO) üzvlərindən ibarət 10 minlik ordu
qurur.
“2018-2019-cu ildə Ermənistan Rusiyadan yeni silah
partiyası alacaq. Bu həm 200 milyonluq kredit sazişi çərçivəsində,
həm də cari əməkdaşlıq çərçivəsində olacaq”. Bu haqda
Ermənistan Müdafiə Nazirliyinin müdafiə siyasəti idarəsinin rəisi
Levon Ayvazyan deyib.
L.Ayvazyan iddia edib ki, Ermənistan məxfi silahlara malikdir.
“Biz zərbə endirən pilotsuz təyyarələri tətbiq edirik, lakin mən
bunun detalları haqda danışmayacam, çünki dövlət sirridir”, - deyə
bildirib. Ayvazyan iddia etdiyi “məxfi silah”ın Ermənistana kimin
verdiyini açıqlamasa da, erməni mediası bu silahların Rusiyadan
alındığı ehtimalını irəli çəkib. Lakin iddia edilən “məxfi silah”ın
nədən ibarət olduğu məlum deyil.
İrəvanda ABŞ prezidenti Donald Trampın 2018-ci ildə
Ermənistana ayrılan maliyyə yardımını 77 faiz azaltması ilə bağlı
müzakirələr hələ də davam edib. Beynəlxalq
münasibətlər və təhlükəsizlik institutunun keçirdiyi müzakirələrdə
ekspertlər ABŞ-ın maliyyə yardımı azaltmasının əsas günahkarının
hakimiyyət olduğunu deyib.
Trampdan Ermənistana ZƏRBƏ: “Pulu mən verirəm, lakin siz Rusiyanın...”
Dünən Böyük Britaniyanın Mançester şəhərində konsert
zamanı stadionda partlayış törədildi. Britaniyanın
baş naziri Tereza Mey hadisəni terror aktı adlandırdı.
Partlayış nəticəsində 22 nəfər ölüb, 59 nəfər yaralanıb.
Kamikadze tərəfindən törədilən partlayışa görə İŞİD terror
təşkilatının döyüşçüləri məsuliyyəti öz üzərinə götürüblər. İraqın
internet-portalı "Axbar İraq" xəbər verir ki, bununla bağlı video
sosial şəbəkələrdə yerləşdirilib.
Partlayışı küstar üsulla hazırlanmış bomba ilə törədən
terrorçunun cəsədi hadisə yerində qalıb. Partlayıcının “mismar
bombası” olduğu təxmin edilir. Cenevrə müqaviləsinə görə, qadağan
olunmuş bomba, ətrafa hər biri 3 sm uzunluğunda 5 min mismar
sıçradır.
Ölənlərin çoxunun 13-18 yaş aralarında olduğu deyilir. Bu,
2005-ci ildə London metrosunda törədilən və 50 nəfərin ölümünə
səbəb olan terror aktından sonra ən böyük terror hücumudur.
Terror aktı törədən kamikadzenin şəxsiyyəti müəyyən
edilib. Bu haqda Böyük Britaniyanın baş naziri Tereza
Mey təhlükəsizlik toplantısından sonra jurnalistlərə açıqlamasında
bildirib.
Lakin baş nazir istintaq davam etdiyi üçün terrorçunun adının
indiki mərhələdə açıqlanmayacağını deyib.
Xarici KİV-lər isə terror aktını törədən kamikadzenin 23 yaşlı
İŞİD terrorçusu Salam Abedi olduğunu bildiriblər.
İŞİD döyüşçüləri dünən Manşesterdə törədilən terror
aktına görə məsuliyyəti üzərinə götürsə də, ekspertlər başqa
fikirdədirlər. Ekspertlər terror aktının müstəqil
hərəkət edən şəxs tərəfindən törədildiyini bildirirlər.
“Dörd gün qaldı, qanlı hücumlar olacaq!” - Dünyaya DƏHŞƏTLİ XƏBƏRDARLIQ
Dünən İngiltərənin Mançester şəhərində stadionda baş
verən partlayış öncəsi Tvitterdə yazılan bir statusun müəllifinin
kimliyi araşdırılır. Status terror aktından bir neçə
saat əvvəl yazılıb.
İŞİD terror təşkilatının tərəfdarı olduğu ehtimal edilən
“Owys663” adlı Tvitter istifadəçisi İŞİD etiketi ilə “Təhdidimizi
unutdunuzmu? Bu ədalətli bir terrordur” yazıb. Tvitt və istifadəçi
profili qısa müddət sonra silinib.
Suriyada İŞİD-ə qarşı mübarizə aparan beynəlxalq koalisiyanın
üzvü olan İngiltərə daha əvvəl də bir neçə dəfə İŞİD tərəfindən
təhdid edilib.
2017-ci il martın 22-də paytaxt Londonda baş verən terror
hücumunda bir İŞİD tərəfdarı avtomobili insanların arasında sürərək
6 nəfərin ölümünə səbəb olmuşdu.
ABŞ prezidenti Donald Trampın Fələstin lideri Mahmud
Abbasla görüşüb. Görüş Mahmud Abbasın Vifleyem
şəhərindəki iqamətgahında keçirilib.
Bu Trampın vəzifəyə gəlişindən bu yana Fələstin lideri ilə
üçüncü görüşü idi.
ABŞ prezidenti Donald Tramp danışıqlardan sonra bildirib ki,
İsrail və Fələstin liderləri sülh sazişi üzərində işləməyə söz
verdilər. ABŞ prezidenti əminliyini ifadə edib ki, İsrail və
Fələstin sülh üçün razılaşa bilərlər.
“Mən həqiqətən ümid edirəm ki, Amerika İsrail və Fələstinə sülhə
gəlməyə, region və onun xalqları üçün yeni ümid gətirməyə kömək
etməyə qadirdir. Mən həmçinin inanıram ki, İsrail və Fələstin sülh
sazişi bağlaya bilərlər. Bu, bütün Yaxın Şərq üzrə barışıq
prosesinə start verəcək və böyük nailiyyət olacaq. Prezident Mahmud
Abbas məni inandırıb ki, o bu hədəf üçün vicdanla işləməyə
hazırdır. İsrailin baş naziri Benyamin Netanyahu da eyni sözü
verib”, - Tramp bildirib.
ABŞ yeni büdcə layihəsində xarici ölkələrə
qarşılıqsız hərbi yardım proqramlarını kreditlərlə əvəz etmək
istəyir. Bunu jurnalistlərə açıqlamasında ABŞ
Prezident Administrasiyasının rəsmi nümayəndəsi Mik Malveyni
söyləyib.
“Biz 100 milyon dollar əvəzinə kreditlərin verilməsi
tərəfdarıyıq. Bununla bizdən kredit alan xarici ölkələr daha çox
hərbi vasitələr əldə edə bilərlər”.
ABŞ-ın hərbi yardımları Misir, İordaniya və İsrailə əvvəlki
qaydada saxlanılacaq. Ukrayna, Filippin, Pakistan, Tunis, Livan,
Kolumbiya və Vyetnam kimi ölkələrə edilən yardımlar isə
dayandırılacaq.
Türkiyə Azad Suriya Ordusunun (ASO) üzvlərindən
ibarət 10 minlik ordu qurur. Bu haqda ASO-dakı
mənbələrinə istinadən Rusiyanın “Sputnik” agentliyi yazıb.
Agentlik qeyd edir ki, qurulacaq ordu YPG terror təşkilatına
qarşı əməliyyatda istifadə ediləcək. Türkiyə həmçinin Cerablusdan
İdlibə qədər təhlükəsizlik bölgəsi qurmaq istəyir. Həmin ordu
təhlükəsizlik bölgəsində də vəzifə yetinə yetirəcək.
Ankaranın planları açıqlandı: YENİ ORDU QURULUR
ABŞ PYD-yə (PKK terror təşkilatının Suriya qolu
–red.) 100 TIR silah çatdırıb. “Anadolu” agentliyi
xəbər verir ki, silahlar iki partiya olmaqla, 15 və 20 may
tarixlərində çatdırılıb.
Silahların çatdırılması ABŞ prezidenti Donald Trampın PYD-nin
silahlandırılması ilə bağlı fərmanından 6 gün sonra başlanıb.
Türkiyəyə satılmayan silahlar terror təşkilatına verildi: ABŞ-dan XAİN ADDIM - VİDEO
Ömər Dağlı
Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_tehlil/199904.htmlŞahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 0552252950 (Whatsapp)