Yasa gedənlər xəstəxanalıq oldu

Yasa gedənlər xəstəxanalıq oldu
21:44 23 May 2017
87 Digər
Ölkə mətbuatı
A- A+

Göygöldə iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Göygöl şəhərində qeydə alınıb. “Mercedes” və “VAZ 2103” markalı avtomobillərin toqquşması nəticəsində VAZ-ın sürücüsü, rayonun Topalhəsənli kənd sakini 1949-cu il təvəllüdlü Məhərrəmov Behbud Zülfüqar oğlu və qadın sərnişin müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər.

 

Məlumata görə, xəsarət alanlar Gəncəyə yas yerinə gedirlərmiş.

 

Faktla bağlı Göygöl Rayon Polis Şöbəsində araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/275266

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR