Kəmaləddin Heydərov Beyləqanda vətəndaşları qəbul edib

Kəmaləddin Heydərov Beyləqanda vətəndaşları qəbul edib
13:09 24 May 2017
126 Digər
Ölkə mətbuatı
A- A+

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov bu gün Beyləqanda vətəndaşları qəbul edib.

 

APA-nın Qarabağ bürosunun xəbərinə görə, Gənclər Mərkəzində keçirilən, nazirliyin müvafiq strukturlarının rəhbərlərinin də iştirak etdikləri qəbulda Beyləqan, Ağcabədi, Füzuli, Xocavənd rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlərin müraciətinə baxılıb.

 

Vətəndaşların müraciətlərinin bir qismi yerində həllini tapıb. Araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin qanunvericiliyə uyğun, operativ həlli üçün müvafiq struktur rəhbərlərinə tapşırıqlar verilib.

 

Qəbulda Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid olmayan müraciətlər aidiyyəti qurumlara çatdırılması üçün qeydiyyata alınıb, bununla əlaqədar vətəndaşlar arasında ətraflı izahat aparılıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/275310

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR