Qadını və azyaşlını soyan quldurlar tutuldu - VİDEO

Qadını və azyaşlını soyan quldurlar tutuldu - VİDEO
14:54 24 May 2017
59 Digər
Ölkə mətbuatı
A- A+

Xaçmazda qadının evinə basqın edən şəxslər tutulub. APA TV-nin Şimal bürosunun məlumatına görə, Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində rayonunun Hülövlü kənd sakini Məsumə Qasımovanın evinə açıq qalmış qapıdan girən, əvvəllər məhkum  olunmuş iki nəfər -  Vüqar Sadıqov və Taleh Cavadov müəyyən edilərək tutulub. Onlar qadını bıçaqla hədələyərək pul verməsini tələb edib: "Məsumə xanım onları pulu olmadığına inandırdıqdan sonra stolun üstündən telefonu götürüblər. İstintaq zamanı hər iki şəxsin 2017-ci ilin aprel ayında "Ariz" yaşayış massivindən darvaza və mağazadan təsərrüfat mallarının oğurladığı məlum olub. Barələrində 4 aylıq həbs qəti imkan tədbiri seçilib".
 
12 yaşlı Xaçmaz sakini Nicat Nurəhmədova qarşı soyğunçuluq edən şəxs də saxlanılıb. Azyaşlının telefonunu əlindən alıb qaçan şəxsin 22 yaşlı Xaçmazın Rəhimoba kənd sakini Nəsrulla Şeydayev olduğu müəyyənləşib: "Müəyyən edilmişdir ki, ötən illərdən qalan açılmamış cinayətlərin də onun törətdiyi məlum olub. Bundan başqa saxlanılan şəxsin hərbi cinayət törətdiyi də aşkar edilib və istintaq tədbirləri davam etdirilir".
Hər iki faktla bağlı Xaçmaz rayon Polis Şöbəsinin istintaq və təhqiqat bölməsində cinayət işi başlanıb.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/275323

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR