Nazir: “Neft razılaşmasının müddəti uzadılacaq”

Nazir: “Neft razılaşmasının müddəti uzadılacaq”
21:49 24 May 2017
73 Digər
Ölkə mətbuatı
A- A+

Neft hasilatının azaldılmasına dair iştirakçı ölkələr razılaşmanın müddətinin daha 9 ay müddətinə uzadılmasını dəstəkləyir.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Küveytin neft naziri Əssam əl-Marzuk bəyan edib.

 

“Hazırda razılaşmanın əleyhinə hər hansı ölkədən etiraz yoxdur”, deyə nazir bildirib.

 

Qeyd edək ki, ötən ilin noyabrında Vyanada keçirilən görüşdə OPEC ölkələri qiymətlərin sabitləşməsi məqsədi ilə gündəlik hasilatın 1,2 milyon barrel azaldımasına dair razılığa gəliblər. Razılaşmanın uzadılması məsələsinə mayın 25-də OPEC-in Vyanada keçiriləcək sammitində baxılacaq.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/275349

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR