"Xənnas" rekordlara imza atır - FOTO

"Xənnas" rekordlara imza atır - FOTO
10:22 25 May 2017
86 Şou
Ölkə mətbuatı
A- A+

Sinema Plus kinoteatr və sosial şəbəkələrin baxış sayına görə rekordlara imza atan gənc-istedadlı rejissor Elvin Abdullanın Azərbaycanın ilk mistik filmi "Xənnas" komandası öz yenilikləri ilə yenidən gündəmdədir.

4 may tarixindən etibarən Azərbaycan tamaşaçılarının ixtiyarına verilən "Xənnas" filmi böyükdən-kiçiyə hər bir kəsdə maraq doğuraraq, şəhərimizin kino-mərkəzlərinə tamaşaçı axınına səbəb olmuşdur.

Nəzərə alsaq ki, son günlər komediya janrlı filmlərin Azərbaycan film sahəsində daha çox üstünlük təşkil etdiyi bir vaxtda, qeyri komediya janrında ikinci belə film tamaşaçılara təqdim olunmayıb.

Məhz bu səbəbdən də film izləyənlərin sayı çoxluq təşkil edir. 4 may tarixindən bu günə kimi "Gənclik Mall" və "28 Mall" Sinema plyus mərkəzlərində hər günə təyin olunmuş 7 seansın hər bir seansı tamaşaçılarda daha da maraq doguraraq izlənilməkdədir.

Öz dəyərli tamaşaçılarına hörmət, ehtiram və minnətdarlıq hisslərini bildirmək üçün hər bir tamaşaçısına diqqət göstərən "Xənnas" film heyəti onlarla mütəmadi görüşlər (İmza günü) keçirir.

"Aygün City" Ticarət mərkəzində, "28 Mall Sinema plyus"da tamaşaçılarla görüşlər keçirən komanda ötən gün isə "Gənclik Mall" Sinema Plus- da "Xənnas" filminin aktyor və yaradıcı heyəti öz tamaşaçıları ilə "İmza günü" keçirdi. "İmza günü" çoxsaylı tamaşaçıların maraq və izdihamına səbəb oldu. Çox böyük coşqu və həvəslə öz sevimli aktyorları görüşən və imzalarını alan tamaşaçılar, demək olar ki, filmin bütün aktyorları ilə şəkil çəkdirməkdən də zövq aldılar.

Zemfira xanım Əbdülsəmədova, Hikmət Rəhimov, Türkay Cəfərli, Zaur Balıyev, Pərvin Abıyeva, Zarina Qurbanova , Cəfər Qorqud, Ramil Nabran, Şahin Yüksəl və s. ilə birgə filmin rejissoru Elvin Abdulla da tamaşaçıların istəyi ilə öz imzalarını bölüşdülər.

Elvin Abdulla DJB.az-a müsahibəsində bütün Azərbaycan seyircilərinə minnətdarlığını bildirdi: "Bilirsiz, bu, öz işimizdir, nəsə deməyim düzgün olmaz bəlkə, amma bir şeyə görə, həqiqətən, çox sevinirəm ki, "Xənnas" 19 gündür 4-7 seansla hər gün vizyondadırsa, bu, sizin dəyəriniz, dostlarımızın dəstəyi, işimizə olan yüksək qiymətdir. Məncə, bu, çox təqdirəlayiq məsələdir. Var olasız... Çox sağ olun!"

Qeyd edim ki, yaxın günlərdə yüksək tərbiyəvi əhəmiyyətli və dini mənəviyyatımızla zəngin "Xənnas" film heyəti növbəti "İmza günü"nü qədim və gözəl şəhərimiz olan - Gəncədə yerləçən "XƏMSƏ PARK" da keçirəcəkdir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/548111.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR