Rusiya XİN: Azərbaycanla münasibətlərimizi digər beynəlxalq faktorlarla əlaqələndirmirik

Rusiya XİN: Azərbaycanla münasibətlərimizi digər beynəlxalq faktorlarla əlaqələndirmirik
17:13 25 May 2017
58 Digər
Ölkə mətbuatı
A- A+

"Rusiya Azərbaycanla münasibətləri dəstəkləyir və inkişaf etdirir".

Bunu bu gün keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

"Biz Azərbaycanla münasibətləri bütün sahələrdə - siyasət, iqtisadiyyat, humanitar və digər sahələrdə inkişaf etdiririk. Azərbaycan xalqı bizə yaxın xalqdır. Bir müddət əvvələ qədər bizi ümumi çoğrafi məkan, vahid dövlət birləşdirirdi. Əlaqələr hər zaman olub, bundan sonra da olacaq və daha da inkişaf edəcək. Biz Azərbaycanla münasibətlərimizi digər beynəlxalq faktorlarla əlaqələndirmirik. Əlbəttə ki, biz Azərbaycanın nümayəndələri ilə beynəlxalq və regional gündəmi, problemli məsələləri müzakirə edirik. Azərbaycanla aramızda açıq dialoq var". (apa)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/200158.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR