Bakıya hücum ÇAĞIRIŞI, məxfi toplantıda MÜHARİBƏ PLANI... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Bakıya hücum ÇAĞIRIŞI, məxfi toplantıda MÜHARİBƏ PLANI... – GÜNÜN SİYASİ XÜLASƏSİ
20:03 25 May 2017
189 Digər
Ölkə mətbuatı
A- A+

Ermənistan prezident Serj Sarkisyan Müdafiə Nazirliyində generallarla məxfi toplantı keçirib. Ağ Ev Ermənistan da daxil olmaqla, bir çox ölkəyə ayırdığı maliyyə yardımının azaldılması ilə bağlı büdcə layihəsini rəsmən açıqlayıb. Dağlıq Qarabağ ərazisində iki yerlik təyyarələrdə turist uçuşları başlayıb. ABŞ Rusiyanın G7-nin (“Böyük yeddilik”) tərkibinə qayıdışı üçün şərti açıqlayıb. İŞİD terror təşkilatına sədaqət andı içən “Maut” qruplaşmasının ələ keçirdiyi Mindao adasında təhlükəsizlik gücləri ilə şiddətli döyüşlər davam edir. Bu gün Brüsseldə NATO sammiti başlayır.

Ermənistan prezident Serj Sarkisyan Müdafiə Nazirliyində generallarla məxfi toplantı keçirib. Görüşün təfərrüatları bilinmir, lakin Ermənistan mediası məxfi görüşlə bağlı müəyyən məlumatlar əldə edib.

“Lragir” saytının əldə etdiyi məlumata görə, görüşdə Ermənistanın daxili və xarici siyasəti, həmçinin, təhlükəsizlik məsələləri müzakirə olunub.

“Daxili siyasətin müzakirə edilməsində əsas məqsəd Sarkisyanın hakimiyyətini uzatmaq planlarıdır. Ordu bu işdə böyük rol oynayır və güman ki, Sarkisyan 2018-ci ildən sonrakı planlarına ordunu da daxil edib”, - deyə sayt yazır.

Sayt qeyd edir ki, görüşdə Dağlıq Qarabağ məsələsi də müzakirə olunub: “Qarabağ ətrafında yeni vəziyyət yarandı və müharibənin olması istisna edilmir. Sarkisyan görüşdə ordu rəhbərliyinə Azərbaycana zərbələrin endirilməsi məsələsini də müzakirə edib”.

Məlumata görə, görüşdə həmçinin, erməni hərbi birləşmələrinin çoxsaylı itkilər verməsi müzakirə olunub.

Avropa Komissiyasının xarici məsələlər və təhlükəsizlik üzrə komissarı Federika Moqerini Avropa Birliyi-Ermənistan əməkdaşlığının növbəti şura iclasında türk-erməni münasibətlərinə toxundu və qeyd etdi ki, Brüssel münasibətlərin düzəlməsinə kömək etməyə hazırdır.

Moqerini ilə görüşdə Ermənistan xarici işlər naziri Edvard Nalbandyan da türk-erməni münasibətləri haqda təxmini eyni ifadələri işlətdi.

Türkiyə-Ermənistan münasibətlərinin düzəlməsi ilə bağlı məsələnin indi gündəmə gəlməsi suallar yaradır. Çünki Türkiyə Ermənistanın Azərbaycana məxsus Dağlıq Qarabağ və digər əraziləri işğal etməsini əsas tutaraq, İrəvanla heç bir diplomatik əlaqələr qurmur, həmçinin, artıq 20 ildən çoxdur ki, sərhədlərini bağlayıb. 2009-cu ildə münasibətlərin düzəlməsi ilə bağlı imzalanmış Sürix protokolları da arxivə göndərilib. Ermənistan prezidenti Serj Sarkisyanın dəfələrlə Türkiyəyə “ilkin şərt olmadan münasibətləri düzəldək” çağırışı havada asılı qalıb. Maraqlıdır ki, vəziyyətin belə olduğu haqda Ermənistanla Avropa Birliyinin münasibətlərinə həsr olunmuş iclasda türk-erməni məsələsi niyə yenidən gündəmə gətirilir, hədəf nədir?

Ermənistan Qarabağa görə Türkiyəyə YALVARIR – Ankara bu gün HÜCUMA KEÇƏCƏK

Azərbaycanın işğal edilmiş ərazilərində Ermənistan tərəfindən yaradılmış qondarma “DQR”-in “özünümüdafiə güclərinin birinci komandiri” Arkadi Karapetyan erməniləri Bakıya hücuma çağırıb. Absurd planlar gündəmə gətirən Karapetyan müharibəyə başlamağın vaxtının çatdığını deyib.

“Mən təklif edirəm ki, Bakını işğal edək və hər şey bitsin”, - deyə separatçı bildirib.

O, İrəvanın danışıqlardan çəkilməsini və hücuma keçməsini istəyir: “Əgər danışıqlar masasında otururuqsa, deməli biz zəifik”.

Qeyd edək ki, son vaxtlar danışıqlardan yayınan Ermənistanda müharibə ritorikası güclənib. Serj Sarkisyan da artıq absurd şərtlərlə çıxış edir. Ekspertlər hesab edirlər ki, Ermənistanda müharibə ritorikası, Azərbaycana qarşı hücum çağırışlarının arxasında əslində Sarkisyan dayanır. O, bununla ermənilər arasında nüfuzunu artırmağı düşünür.

"Yell Extreme Park" layihəsi Dağlıq Qarabağ ərazisində iki yerlik təyyarələrdə turist uçuşlarına başlayıb. Bu barədə "Yell Extreme Park"ın rəhbəri Tiqran Çibuxçyan bildirib.

Onun sözlərinə görə, ilk uçuşlar keçən həftədən Xankəndi və Şuşa arasında təşkil edilir. 20-25 dəqiqə çəkən uçuşlar üçün şirkət 35 min dram, yəni 72,4 dollar tələb edir.

Ağ Ev Ermənistan da daxil olmaqla, bir çox ölkəyə ayırdığı maliyyə yardımının azaldılması ilə bağlı büdcə layihəsini rəsmən açıqlayıb. ABŞ prezidenti Donald Trampın Administrasiyası 2018-ci il büdcə layihəsini Konqresə təqdim edib.

Sənədə əsasən, Ermənistana verilən maliyyə yardımı 67 faiz azaldılacaq. Gürcüstana və Ukraynaya, eləcə də digər ölkələrə ayrılan maliyyə yardımları da azaldılıb.

80 il əvvəl sovet bioloqu Leva Zilber ölümcül virus aşkarlayaraq, onun qarşısını aldı. SSRİ-ni böyük bəladan qurtarmış məşhur bioloq sonradan həbs edildi. Onun həbs olunmasına səbəb Bakı idi, daha doğrusu, bioloqu Bakını taun bəlasına yoluxdurmaqda ittiham edərək barmaqlıqlar arxasına atmışdılar.

Bakını tauna yoluxdurmaqda ittiham edilən bioloq Lev Zilber haqda tarixi faktları təqdim edir.

Məxfi məktub və Uzaq Şərq ekspedisiyası

Hər şey 1937-ci ilin mayında başlandı. SSRİ-nin Uzaq Şərq qoşunlarının komandanı marşal Blyuxer müdafiə komissarı Voroşılova şifrələnmiş məktub göndərdi.

Azərbaycana taun yaymaq istəyən həkim və Qarabağda qəbirləri eşən kəşfiyyatçılar

“Rusiyanın G7-nin (“Böyük yeddilik”) tərkibinə qayıdışı Minsk razılaşmalarının icrası və Ukraynanın ərazi bütövlüyünün bərpası olmadan mümkün deyil”. Bunu ABŞ-ın dövlət katibi Reks Tillerson Romadan Brüsselə uçuş zamanı “Air Force One” təyyarəsində jurnalistlərlə söhbət zamanı deyib.

“Rusiya Ukraynadakı vəziyyətə görə G7-dən çıxarılıb. Buna görə də düşünürəm ki, Rusiya ora yenidən daxil olması üçün Ukraynadakı vəziyyətlə məşğul olmalıdır”, - ABŞ xarici siyasət idarəsinin başçısı bildirib.

Xatırladaq ki, Rusiya Krımın ilhaqına cavab olaraq 2014-cü ilin martında G8-dən kənarlaşdırılıb.

2016-cı ilin yayında Amerika xüsusi xidmət orqanları Rusiya ilə bağlı əhəmiyyətli məlumatlar toplayıblar. Bu haqda kəşfiyyat məlumatları ilə tanış olan 4 mənbə “The New York Times” nəşrinə bildiriblər.

Onlardan biri istefaya çıxan keçmiş məmurdur, digərləri isə hazırda işləyirlər.

Əldə olunan kəşfiyyat məlumatlarına görə, Rusiya xüsusi xidmət orqanlarının yüksək vəzifəli əməkdaşları və siyasətçiləri məsləhətçiləri vasitəsilə Donald Trampa təsir göstərmək yollarını müzakirə edirdilər. Xüsusi xidmət orqanlarının məlumatına görə, danışıqlarda xüsusi olaraq Manafort Pol (o zaman Trampın seçki qərargahının başçısı idi –red.) və gələcək prezidentin qısamüddətli milli təhlükəsizlik məsləhətçisi işləyən Maykl Flinndən söhbət gedirdi.

ABŞ kəşfiyyatı iddia edir ki, hər iki şəxs Rusiyanın rəsmi şəxsləri ilə vasitəli əlaqələrə malik idilər.

Putin Trampı necə ələ almaq istəyirdi? – ŞOK KƏŞFİYYAT SİRRİ

Venesuelanın paytaxtı Karakasda prezidenti Nikolas Maduroya qarşı keçirilən etiraz aksiyalarında toqquşmalar zamanı daha bir nəfər ölüb. Beləliklə nümayişçilərin təhlükəsizlik gücləri və prezidentin tərəfdarları arasında baş verən toqquşmalarda ölənlərin sayı 56-ya çatıb.

Toqquşmalarda təxminən 1000 nəfərin yaralandığı bildirilir.

Ölkədə vətəndaş müharibəsi gedir: 56 ölü, 1000 yaralı - VİDEO

İŞİD terror təşkilatına sədaqət andı içən “Maut” qruplaşmasının ələ keçirdiyi Mindao adasında təhlükəsizlik gücləri ilə şiddətli döyüşlər davam edir. Ordu birlikləri vertolyot və ağır texnika ilə hücuma keçib.

Bölgədən minlərlə insanın qaçdığı bildirilir. Dünən girov götürülən 11 nəfərin taleyi naməlum olaraq qalır. Terrorçular hərbi vəziyyət elan edilən bölgədə bir polis şefini başını kəsərək öldürüblər.

Ölkədə 175 min polis dövlət binalarında təhlükəsizlik tədbirlərini gücləndirib.

Xatırladaq ki, “Maut” qruplaşması mayın 23-də - prezident Rodriqo Duterte Rusiyada səfərdə olduğu gün adada hücuma keçib.

Prezident Putindən kömək istədi: İkinci “Yaxın Şərq” yaranır? - FOTOLAR

Şimali Atlantika İttifaqı (NATO) Brüssel sammitinin gedişatında ittifaqın İŞİD terror təşkilatı ilə mübarizə üzrə koalisiyaya birləşməsi haqqında qərar qəbul ediləcək. Bu haqda NATO-nun baş katibi Yens Stoltenberq bildirib.

İsrailin müdafiə naziri Aviqdor Liberman ölkəsi və ABŞ arasında kəşfiyyat məlumatlarının mübadiləsi prosesinə düzəlişlərin daxil edildiyini açıqlayıb. “Foreign Policy” nəşrinin versiyasına görə, Təl-Əvivin bu qərarı ABŞ prezidenti Donald Trampın Rusiya xarici işlər naziri Sergey Lavrova İŞİD haqqında tam məxfi informasiyanı verməsi ilə bağlıdır. “Foreign Policy” bildirir ki, İsrail məmurları ölkə kəşfiyyatından alınan informasiyanın Rusiyaya ötürülməsindən narazılığını ifadə ediblər.

Liberman İsrailin ABŞ-la məlumat mübadiləsi prosesini hansı ölçüdə dəyişdirdiyini dəqiqləşdirməyib. Ancaq bəyanat öz-özlüyündə Trampın ehtiyatsız hərəkətindən İsrailin narazı qaldığını göstərir. Amerika nəşri qeyd edir ki, İsrail xüsusi xidmət orqanlarının qəzəblənmiş nümayəndələri amerikalı həmkarlarla görüşdə onların üzərinə qışqırırdılar.

“Hər şey KİV-də müzakirə etmək lazım deyil. Bəzi şeylər haqqında bağlı qapılar arxasında danışmaq lazımdır”, - İsrailin müdafiə naziri vurğulayıb.

Moskvaya “sevgi”nin ağır nəticəsi: MOSSAD Trampdan QİSAS ALIR

ABŞ Prezidenti Donald Tramp Brüsseldə Avropa Şurasının sədri Donald Tusk, Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunker, Avropa İttifaqının nümayəndəsi Federika Moqerini və Avropa Parlamentinin rəsmisi Antonio Tayani ilə görüşüb. Liderlər İŞİD terror təşkilatına qarşı mübarizənin gücləndirilməsi məsələsində razılığa gəliblər.

Bundan başqa, Tramp Avropa İttifaqının Şimali Koreyaya qarşı tətbiq etdiyi sanksiyaları dəstəklədiyini bildirib.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_tehlil/200174.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR