Rusiyada Azərbaycan vətəndaşları qəzaya düşdülər: xəsarət alanlar var

Rusiyada Azərbaycan vətəndaşları qəzaya düşdülər: xəsarət alanlar var
20:05 25 May 2017
80 Digər
Ölkə mətbuatı
A- A+

Rusiyada KamAZ markalı yük avtomobili ilə VAZ markalı minik avtomobili toqquşub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Novorossiyskdə gecə saatlarında baş verib.
 
Qəza nəticəsində minik avtomobilində olan iki nəfər ağır xəsarət alıb. Onların Azərbaycan vətəndaşları olduğu bildirilir.
 
Qeyd olunur ki, VAZ-ın sürücüsü, 1987-ci il təvəllüdlü şəxs çoxsaylı bədən xəsarətləri və kəllə-beyin silkələnməsi travması ilə xəstəxanaya çatdırılıb. Onun sərnişininin (1991-ci il təvəllüdlü) də başından ağır zədə aldığı bildirilir.
 
Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/criminal/548343.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR