"From Zero to Ceo" konfransı keçiriləcək

Mayın 27-də İT Step Academy-də “From Zero to Ceo” konfransı keçiriləcək.

Metbuat.az xəbər verir ki, konfransın keçirilməsində əsas məqsəd gənclərdə sahibkarlıq ruhunun aşılanması və daha da möhkəmlənməsinə nail olmaqdır. Həmçinin gənclərin sahibkarlıq fəaliyyətləri zamanı qarşılaşa biləcəkləri risklərin və problemlərin öhdəsindən tez bir zamanda gəlmə yollarını öyətməkdən ibarətdir.

Konfransda gənclər "0"-dan başlayıb həm öz həyatlarını, həm də digər insanların həyatını dəyişən CEO - ların dilindən "0"-dan başlamanın önəmini, qarşılaşa biləcəkləri çətinliklərin öhdəsindən necə gələcəklərini, risk etmənin və hər cür nəticəyə hazırlıqlı olmanın vacibliyini dərk edəcəklər. Ümumilikdə 6 spikerin iştiraki ilə keçiriləcək konfrans 2 hissədən ibarət olacaq. Birinci hissədə gənclər spikerlərin çıxışlarını dinləyəcək. İkinci mərhələdə isə öncədən müəyyən edilmiş mövzular üzrə diskussiya xarakterli panellər keçiriləcək.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR