Argentinada 28 May - Respublika Günü ilə əlaqədar qəbul təşkil edilib (FOTO)

Argentinada 28 May - Respublika Günü ilə əlaqədar qəbul təşkil edilib (FOTO)
11:01 26 May 2017
33 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Azərbaycanın Argentinadakı səfirliyi tərəfindən 28 May - Respublika Günü ilə əlaqədar qəbul təşkil edilib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, qəbulda Argentina hökumətinin, parlamentinin, ölkədə akkreditə olunan diplomatik korpusun, elmi-akademik, işgüzar çevrələrin, kütləvi informasiya vasitələrinin və Argentina ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən səfir Rəşad Aslanov 28 May gününün Azərbaycan üçün tarixi önəmi, 1918-ci ildə elan olunmuş və 23 ay ömrü olmuş Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman aləmində ilk demokratik dövlət olduğunu qeyd edib. 1991-ci ildə müstəqilliyin bərpasından sonra Azərbaycanın üzləşdiyi problemlər, beynəlxalq hüquq normalarını kobud şəkildə pozan Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və bunun nəticəsində torpaqlarımızın 20%-dən çox ərazisinin işğal edildiyi tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Səfir daha sonra Ulu Öndər Heydər Əliyevin ölkənin yenidən qurulmasında rolu, Azərbaycanın son illərdə Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyi uğurlar, inkişaf strategiyası, Azərbaycanın geosiyasi önəmi və regional proseslərdə oynadığı rol, ölkəmizin Avropanın enerji təhlükəsizliyindəki rolu, dövlətçiliyimizin daha da gücləndirilməsi üçün atılan addımlar, ölkəmizdə təşkil olunan beynəlxalq səviyyəli tədbirlər barədə danışıb.

R.Aslanov Azərbaycanda müxtəlif dinlərə etiqad edən və mədəniyyətlərə mənsub olan insanların rahat yaşadığını, güclü tolerantlıq ənənələrinin olduğunu qeyd edib.

Həmçinin ölkəmizin zəngin turizm potensialına malik olduğu və beynəlxalq tədbirlərə ev sahibliyi etdiyi barədə danışılıb.

Habelə R.Aslanov Azərbaycan-Argentina əlaqələrinə toxunaraq, iki ölkə arasında müxtəlif sahələrdə həyata keçirilən əməkdaşlıqdan və iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsi istiqamətində görülən işlərdən bəhs edib.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2759413.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR