Rəqqasə Fatimə Fətəliyeva 1 İyun - Uşaqların beynəlxalq müdafiəsi günü münasibətilə Mərdəkanda çıxış edib.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, uşaqlar evinin sakinlərinə həsr olunan konsertdə onunla yanaşı "Banu rəqs məktəbi"nin tələbələri də yer alıb:
"Hamı bilir ki, necə həssas bir insanam. Çoxdan idi ki, uşaqlar evində olan uşaqlar üçün sürpriz etmək istəyirdim. Dostum, rejissor Nail Naiboğlu ideyamı dəstəklədi. Konsertimdə təxminən 100-ə yaxın uşaq evinin azyaşlı sakinləri var idi.
Sənət dostlarım Zemfira İbrahimova, Xatun Əliyeva, Bahar Lətifqızı da məni tək qoymadı. Arzu edirəm ki, heç bir övlad atasız-anasız olmasın. Bu, çox böyük dərddir. Belə konsertlərimin sayı çox olacaq. Bu hələ başlanğıc idi".
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində