Anasının məzarına gizli kamera qoydu

Anasının məzarının davamlı şəkildə dağıdıldığını görən britaniyalı Sue Pulli inanılmaz olanı edib. O, məzara gizli kamera quraşdırıb.

Metbuat.az xəbər verir ki, İngiltərədə 2009-ci ildə ölən anasının küllərinin basdırıldığı Bristoldəki məzarı dağıdılmış halda görən Pulli, kameradaki adamın əmisi oğlu olduğunu görüb. Məzarın üzərindəki çiçəkləri tapdalayan, məzar daşına çirkli su tökən Amanda Lesteri polis tərəfindən saxlanılıb.

Əmisi oğlunun anasının küllərinin də bura basdırılmış olduğunu deyən Pulli, Lesterin buna görə hirsli ola biləcəyini bildirib.

Amanda Lesterin təzminat ödəyəcəyi qeyd edilib.

Oral Mədənçi / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR