ABŞ-ın Florida ştatında yaşayan və lisey şagirdi olan üç qız təcavüz hadisələrini azaltmaq üçün bir ixtiraya imza atıblar.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, şagirlərin hazırladığı xüsusi pipet içkiyə həb və ya narkotik qatılıb-qatılmadığını öyrənməyə kömək edəcək.
Dərman qatılan içkiyə salınan pipetin yuxarı hissəsində zolaqlar meydana çıxır. Əgər içkinin içində narkotik olarsa, lent A hərfini, əks halda B hərfini göstərir.
ABŞ-da qeydə alınan statistikaya görə, təcavüz hadisələrinin əksəriyyətinin iştirakçıları bir-birinə yaxın insanlar, yaxud da sevgililər olur. Təcavüzdən əvvəl isə içkiyə həb və ya narkotik qatılmasına isə tez-tez təsadüf edilir.
Şagirdlər ixtiranın patentini almaq üçün işə başlayıb.
Ömər