Mayın 26-da “Buta” sarayında Azərbaycanın milli bayramı
– Respublika Günü münasibətilə rəsmi qəbul keçirilib. 2018-2019-cu
ildə Ermənistan Rusiyadan yeni silah partiyası alacaq. İngiltərədə
mayın 22-də terror aktı törədildi. ABŞ prezidenti Donald Trampın
Yaxın Şərq səfəri İrana qarşı sərt tonda verilən bəyanatlarla yadda
qaldı. ABŞ Rusiyanın G7-nin (“Böyük yeddilik”) tərkibinə qayıdışı
üçün şərti açıqlayıb. İŞİD terror təşkilatına sədaqət andı içən
“Maut” qruplaşmasının ələ keçirdiyi Mindao adasında təhlükəsizlik
gücləri ilə şiddətli döyüşlər davam edir. Mayın 25-də Brüsseldə
NATO sammiti keçirilib.
Azərbaycan, Dağlıq Qarabağ
Mayın 26-da “Buta” sarayında Azərbaycanın milli
bayramı – Respublika Günü münasibətilə rəsmi qəbul keçirilib.
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban
Əliyeva rəsmi qəbulda iştirak ediblər.
Dağlıq Qarabağ münaqişəsinin həllindən danışan dövlət başçısı
bildirib ki, Azərbaycan öz siyasətini davam etdirəcək.
“Danışıqlarda bizim prinsipial mövqeyimiz tam əsaslıdır və biz bu
siyasətdən bir millimetr də geri çəkilən deyilik”, - deyə
Azərbaycan Prezdenti vurğulayıb.
Prezident: "Qarabağ danışıqlarında prinsipial mövqeyimizdən bir millimetr də geri çəkilən deyilik" - FOTO
"Casus şəbəkəsi ilə bağlı məlumatlar tərəfimizdən
Müdafiə Nazirliyinə verilirdi. Bu əməliyyatı Müdafiə Nazirliyinin
rəhbərliyi möhtərəm Prezident İlham Əliyevin tapşırığı ilə həyata
keçirdi". Bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX)
rəisi, general-leytenant Mədət Quliyev deyib.
DTX rəisi qeyd edib ki, Azərbaycanda digər dövlətlərin maraqları
çoxdu və təbii ki, burada casuslar da var: "Ancaq biz onları
zərərsizləşdiririk".
2018-2019-cu ildə Ermənistan Rusiyadan yeni silah
partiyası alacaq. Bu həm 200 milyonluq kredit sazişi
çərçivəsində, həm də cari əməkdaşlıq çərçivəsində olacaq”. Bu haqda
Ermənistan Müdafiə Nazirliyinin müdafiə siyasəti idarəsinin rəisi
Levon Ayvazyan deyib.
L.Ayvazyan eyni zamanda iddia edib ki, Ermənistan məxfi
silahlara malikdir. “Biz zərbə endirən pilotsuz təyyarələri tətbiq
edirik, lakin mən bunun detalları haqda danışmayacam, çünki dövlət
sirridir”, - deyə bildirib. Ayvazyan iddia etdiyi “məxfi silah”ın
Ermənistana kimin verdiyini açıqlamasa da, erməni mediası bu
silahların Rusiyadan alındığı ehtimalını irəli çəkib. Lakin iddia
edilən “məxfi silah”ın nədən ibarət olduğu məlum deyil.
Mayın 23-də Ermənistanın Müdafiə Nazirliyində ordu
intizamının möhkəmləndirilməsi və döyüş növbəsinin təşkilində
keyfiyyətin artırılmasına həsr olunmuş müşavirə
keçirilib. Müşavirə yeni təyin olunmuş Baş qərargah
rəisi Movses Akopyanın rəhbərliyi ilə baş tutub.
Ermənistan mediası bu müşavirə ilə bağlı üç versiyanı gündəmə
gətirib:
Ermənistan böyük müharibə hazırlığına başladı: Akopyan 3 hədəf üçün HƏRƏKƏTƏ KEÇDİ
Cəbhədə gərginlik davam edir və düşmən tərəfi hər
keçən gün daha böyük itkilər verir. Ermənistan
cəmiyyəti artan itkilər fonunda rəsmi İrəvanı sülhə çağırır. Erməni
jurnalist Sarqis Arsruni yazır ki, münaqişə Ermənistanı blokadaya
salıb, iqtisadiyyat iflic olub.
Cəbhədə gərgin döyüşlər və sərxoşluq edən Sarkisyan: Ermənilər Qarabağ üçün AYAĞA QALXDI
“Dağlıq Qarabağla bağlı danışıqlar masasında “Madrid
prinsipləri” var. Başqa sənəd yoxdur”. Bu barədə
erməni politoloq Ara Papyan Ermənistan prezidenti Serj Sarkisyanın
danışıqlar masasında əsas şərtin “Dağlıq Qarabağın müstəqilliyi”
ilə bağlı olduğu haqda fikirlərini şərh edərkən deyib.
Erməni politoloq qeyd edib ki, Azərbaycanın buna razılaşacağını
düşünmək ağılsızlıqdır.
A.Papyan Qarabağda yeni müharibənin başlayacağı proqnozunu
verib.
“Bu, “dördgünlük müharibə” kimi olmasa da, ciddi toqquşma baş
verəcək. Gərginlik sabah, yaxud bir müddət sonra ola bilər. Lakin
buna hazırlığın getdiyi ortadadır”, - deyə o bildirib.
“Ermənistan prezidenti Serj Sarkisyanın Dağlıq Qarabağ siyasəti
ölkəni sonu görünməyən macəraya sürükləyir”. Bu barədə erməni
jurnalist Sarqis Artsruni yazıb.
Erməni jurnalist qeyd edib ki, ümumiyyətlə Ermənistan
hakimiyyəti Qarabağ məsələsində konseptual yanaşmaya malik deyil.
S.Artsruni əlavə edib ki, Serj Sarkisyanın Qarabağ siyasəti ziqzaqa
oxşayır.
Sarkisyanın gizli Qarabağ HƏDƏFİ ORTAYA ÇIXDI – Düşmənin sonu olacaq TOQQUŞMA
Azərbaycanın işğal edilmiş ərazilərində Ermənistan
tərəfindən yaradılmış qondarma “DQR”-in “özünümüdafiə güclərinin
birinci komandiri” Arkadi Karapetyan erməniləri Bakıya hücuma
çağırıb. Absurd planlar gündəmə gətirən Karapetyan
müharibəyə başlamağın vaxtının çatdığını deyib.
“Mən təklif edirəm ki, Bakını işğal edək və hər şey bitsin”, -
deyə separatçı bildirib.
O, İrəvanın danışıqlardan çəkilməsini və hücuma keçməsini
istəyir: “Əgər danışıqlar masasında otururuqsa, deməli biz
zəifik”.
"Yell Extreme Park" layihəsi Dağlıq Qarabağ
ərazisində iki yerlik təyyarələrdə turist uçuşlarına
başlayıb. Bu barədə "Yell Extreme Park"ın rəhbəri
Tiqran Çibuxçyan bildirib.
Onun sözlərinə görə, ilk uçuşlar keçən həftədən Xankəndi və Şuşa
arasında təşkil edilir. 20-25 dəqiqə çəkənk uçuşlar üçün şirkət 35
min dram, yəni 72,4 dollar tələb edir.
Ermənistanda qanlı kriminal müharibələr
başlayır. “1in.am” saytı qeyd edir ki, İrəvanda iki
nüfuzlu kriminal avtoritetə - “Aper Vstreça” ləqəbli Aram
Vardanyana və bu yaxınlarda İtaliyadan gəlmiş “Don Pipo” ləqəbli
Artur Asatryana sui-qəsd cəhdi olub. Adıçəkilən şəxslər sui-qəsddən
canlarını qurtara biliblər. Lakin avtoritet Levika Yerordmaskoqonun
qətlindən sonra bu, böyük rezonansa səbəb olan hadisədir.
Məqalədə bildirilir ki, Ermənistan prezidenti Serj Sarkisyan da
birbaşa cinayət aləmi ilə əlaqədədir.
“Don Pipo”ya sui-qəsd: İrəvanda kriminal müharibə başladı – Sarkisyanla avtoritetlərin ŞOK ƏLAQƏLƏRİ
“Bütün dünya Qarabağda mövcud status-kvonun
təhlükəli olduğu haqda danışır və bunu dəyişdirməyin lazım olduğunu
bildirir. Həmçinin, Minsk qrupu da status-kvonu qəbul
etmir”. Bu barədə erməni politoloq Manvel Sarkisyan
deyib.
Onun sözlərinə görə, 25 il ərzində Ermənistan Qarabağ
məsələsində irəliləyiş əldə edə bilməyib: “Çünki bu torpaqlar
Azərbaycanın suveren ərazisidir və beynəlxalq hüquqda bu belədir.
Azərbaycan da bu vəziyyətdən istifadə edir”.
M.Sarkisyan əlavə edib ki, Ermənistan Qarabağın müstəqilliyini
heç vaxt tanımayacaq. Sarkisyan təklif edir ki, Qarabağ ətrafındakı
ərazilər qaytarılsın: “Yalnız o halda, Qarabağın statusu həll
olunar. Başqa cür biz heç nə edə bilmirik”.
Sarkisyandan SENSASİYALI ETİRAF: Qarabağ Azərbaycanındır və əraziləri qaytarmasaq...
Donald Trampın ilk dünya turnesi
ABŞ prezidenti Donald Trampın ilk dünya turnesi
Yaxın Şərqdən –Səudiyyə Ərəbistanından başladı. Tramp
mayın 21-də Ər-Riyadda keçirilən Ərəb-İslam-Amerika sammitində
iştirak etdi. O, mayın 22-də İsrailə səfər etdi. ABŞ liderinin
Ər-Riyad və Təl-Əviv səfərləri daha çox anti-İran bəyanatları ilə
yadda qaldı.
Tramp Səudiyyə Ərəbistanında səfərdə olduğu zaman İranın Suriya
rejiminə verdiyi dəstəyi kəskin tənqid edib, bu dəstəyi qorxunc bir
cinayət adlandırıb: “İran rejimi qlobal terrorizmə liderlik edir.
Bölgədə xaos yayır”.
ABŞ və İsrail İranda nüvə silahının hazırlanmasının
yolverilməzliyi barədə vahid mövqedədir. Bu haqda Amerika
prezidenti Donald Tramp Qüdsdə İsrail prezidenti Reuven Rivlinlə
görüşü zamanı bildirib.
“İsraillə eyni fikirdəyik ki...” – Trampdan NÜVƏ XƏBƏRDARLIĞI
Trampın bəyanatlarından ruhlanan Səudiyyə Ərəbistanı
kralı Salman bin Əbdüləziz əl-Səud da İran rejimi Xomeynidən sonra
terrorizmin bayrağını daşıdığını bildirdi. “İran
rejimi susmağımızı zəiflik, hikmətimizi isə geri çəkilmək kimi başa
düşdü. Bu gün burada əhalisinin sayı 1.5 milyarddan çox olan 55
ölkənin lideri ilə bir yerdəyik. Bu ölkələr dünyada sülh, sabitlik
və təhlükəsizliyin əldə edilməsi üçün terror və radikalizmlə
mübarizədə önəmli müttəfiqlərimiz oldu”, - kral bildirib.
İranın Xarici İşlər naziri Cavad Zərif ABŞ prezidenti Donald
Trampın İranla bağlı fikirlərinə reaksiya verib. “Demokratiyanın və
orta yolun beşiyi ABŞ tərəfindən hücumlara məruz qalır. Bu hücum
xarici siyasətinmi, yoxsa Səudiyyə Ərəbistandan alınan 480 milyard
dolların qaymağımı?”.
ABŞ prezidenti Donald Trampın mayın 23-də Fələstin
lideri Mahmud Abbasla görüşüb. Görüş Mahmud Abbasın
Vifleyem şəhərindəki iqamətgahında keçirilib. Bu Trampın vəzifəyə
gəlişindən bu yana Fələstin lideri ilə üçüncü görüşü idi. ABŞ
prezidenti danışıqlardan sonra bildirib ki, İsrail və Fələstin
liderləri sülh sazişi üzərində işləməyə söz verdilər. ABŞ
prezidenti əminliyini ifadə edib ki, İsrail və Fələstin sülh üçün
razılaşa bilərlər.
Tramp dünya turnesini Vatikana səfəri, həmçinin
NATO-nun Brüsseldə və G7-nin İtaliyada keçirilən sammitləri ilə
davam etdirdi. Mayın 25-də NATO liderləri Brüsselə
toplandılar.
NATO-nun Brüssel sammitində əsas hadisələrin məhz
ABŞ prezidenti Donald Tramp ətrafında cərəyan edəcəyi
gözlənilirdi. Hərbi alyansın 29-cu ölkəsi olacağı
artıq dəqiqləşən Monteneqronun baş naziri Duşko Markoviçi əli ilə
itələyən Donald Tramp gözləntiləri doğrultdu.
Çin Xalq Respublikasının sədri Si Cinpin ABŞ
prezidenti Donald Trampla danışıqların gedişatında Şimali Koreyaya
təzyiqin göstərilməsi üçün 100 gün möhlət
istəyib.
“The Asahi Shimbun” nəşrinin məlumatına görə, ABŞ Koreya Xalq
Demokratik Respublikası ilə bağlı siyasətin sərtləşdirilməsində
təkid edirdi. Pekin Şimali Koreyaya təzyiq göstərməyəcəyi halda,
Vaşinqton Pxenyanla bağlı olan Çin müəssisələri ilə əməkdaşlığı
dayandıracağı barədə xəbərdarlıq edib.
İyulda müharibə başlaya bilər: 100 gün vaxt verilib
Koreya Xalq Demokratik Respublikasının dövlət
televiziyası Pxenan-Namdo əyalətinin Pukçxan rayonunun qərb
sahilindən ballistik raketin işə salınmasının kadrlarını
göstərib. Televiziyanın xəbərində xatırlanır ki,
raketin malik olduğu uçuş məsafəsi onun Havay adalarına çatmasına
imkan verir. Burada ABŞ-ın Sakit okean donanmasının komandanlığı
yerləşir. Raketin məhvetmə radiusuna həmçinin Alyaska ştatı
düşür.
Pxenyan ABŞ donanmasının qərargahını məhv edəcək: KADRLAR GÖSTƏRİLDİ - VİDEO
"Koreya Xalq Demokratik Respublikası ətrafındakı
vəziyyətin həlli üçün güc ssenarilərinin tətbiqinin məhvedici
nəticələrinin olacağı hamı, həmçinin ABŞ tərəfindən etiraf
edilir". Bunu Rusiya Xarici İşlər Nazirliyinin
başçısı Sergey Lavrov çinli həmkarı Van İ ilə görüşündə
bildirib.
“Güc ssenarilərinin nəticələrinin məhvedici olacağı hamı
tərəfindən etiraf edilir. Birləşmiş Ştatların müdafiə naziri Ceyms
Mettisin məsələ ilə bağlı bu yaxınlarda söylədiyi fikirləri qeyd
edəcəyəm. O birbaşa dedi ki, Koreya yarımadasının problemlərinin
nizama salması üçün güc ssenarilərinin tətbiqi məhvedici və faciəli
olacaq”, - Rusiya xarici siyasət idarəsinin başçısı deyib.
Onun sözlərinə görə, problemin siyasi həllini axtarmaq
lazımdır.
Türkiyə, Suriya, İraq
Rusiya və Türkiyə prezidentləri – Vladimir Putin və
Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
Kremlin mətbuat xidmətindən bildirilib ki, dövlət başçısları
ticarət-iqtisadi sferada məhdudiyyətlərin ləğvi haqqında
razılaşmaların reallaşdırılması, həmçinin böyük birgə layihələrin
həyata keçirilməsi məsələlərini müzakirə ediblər. Məlumata görə,
Rusiya və Türkiyə prezidentləri müntəzəm şəxsi ünsiyyətin davam
etdirilməsi haqqında razılaşıblar.
Türkiyə Azad Suriya Ordusunun (ASO) üzvlərindən
ibarət 10 minlik ordu qurur. Bu haqda ASO-dakı
mənbələrinə istinadən Rusiyanın “Sputnik” agentliyi yazıb.
Agentlik qeyd edir ki, qurulacaq ordu YPG terror təşkilatına
qarşı əməliyyatda istifadə ediləcək. Türkiyə həmçinin Cerablusdan
İdlibə qədər təhlükəsizlik bölgəsi qurmaq istəyir. Həmin ordu
təhlükəsizlik bölgəsində də vəzifə yetinə yetirəcək.
Ankaranın planları açıqlandı: YENİ ORDU QURULUR
ABŞ PYD-yə (PKK terror təşkilatının Suriya qolu
–red.) 100 TIR silah çatdırıb. “Anadolu” agentliyi
xəbər verir ki, silahlar iki partiya olmaqla, 15 və 20 may
tarixlərində çatdırılıb.
Silahların çatdırılması ABŞ prezidenti Donald Trampın PYD-nin
silahlandırılması ilə bağlı fərmanından 6 gün sonra başlanıb.
Türkiyəyə satılmayan silahlar terror təşkilatına verildi: ABŞ-dan XAİN ADDIM - VİDEO
Mayın 22-də təşkil edilən əməliyyatla öldürülən 2
İŞİD terrorçusu Ədalət və İnkişaf Partiyasının (AKP) qurultayına
hücum etməyi planlaşdırırdılar. “İstanbulda tutulan
Azərbaycan mənşəli Əbu Hüseyn Cəlilovun təqibi ilə bu 2 terrorçuya
çatmaq mümkün olub”, - Ankara valisi Ercan Topaca deyib.
Türkiyə Milli İstihbarat Təşkilatı (MİT) 15 iyul
dövlət çevrilişinə cəhdlə bağlı məlumatları hesabat şəklində
çevriliş cəhdini araşdıran komissiyaya təqdim edib.
MİT-in hesabatında Fəthullahçı Terror Təşkilatının (FETÖ) ölkəni 5
hissəyə böldüyünü göstərən xəritə diqqət çəkib.
36 səhifəlik hesabatda həmçinin terror təşkilatının ölkədaxili
və xaricindəki strukturu yer alıb. FETÖ-nün ölkədaxili strukturunun
da yer aldığı fotoda Türkiyənin 5 bölgəyə bölündüyü, İstanbul,
İzmir, Ankara, Gaziantep ve Ərzurumun həmin bölgələrdəki cavabdeh
vilayətlər olması göstərilib.
İraqın ikinci böyük şəhəri olan Mosulun İŞİD terror
təşkilatından təmizlənməsi üçün son əməliyyat
başlanıb. İraq təhlükəsizlik gücləri bu gün səhər
saatlarında hücuma keçib
Filippin
“Ölkənin tənəzzülünün qarşısını almağa kömək
edəcəksə, insanların qətlinə və ya ölkənin bir sıra regionlarında
hərbi vəziyyətin tətbiqinə hazıram”. Bunu Rusiyaya
səfəri ərəfəsində Filippin prezidenti Rodriqo Duterte Rusiya
KİV-inə müsahibəsində bildirib.
Prezident vurğulayıb ki, şəxsi hakimiyyətin saxlanılmasına görə
deyil, Filippin xalqı və dövlətin mühafizəsi üçün bu ölçülərə
müraciət etməməyə hazırdır.
İŞİD terror təşkilatına sədaqət andı içən “Maut”
qruplaşmasının ələ keçirdiyi Mindao adasında təhlükəsizlik gücləri
ilə şiddətli döyüşlər davam edir. Ordu birlikləri
vertolyot və ağır texnika ilə hücuma keçib. Bölgədən minlərlə
insanın qaçdığı bildirilir. Dünən girov götürülən 11 nəfərin taleyi
naməlum olaraq qalır. Terrorçular hərbi vəziyyət elan edilən
bölgədə bir polis şefini başını kəsərək öldürüblər.
Ölkədə 175 min polis dövlət binalarında təhlükəsizlik
tədbirlərini gücləndirib.
“Maut” qruplaşması mayın 23-də - prezident Rodriqo Duterte
Rusiyada səfərdə olduğu gün adada hücuma keçib.
Prezident Putindən kömək istədi: İkinci “Yaxın Şərq” yaranır? - FOTOLAR
ABŞ, ABŞ-Rusiya münasibətləri
ABŞ Konqresinin üzvü, respublikaçı senator Com
Makkeynin Rusiyanın xarici işlər naziri Sergey Lavrov barəsində
söylədikləri qalmaqala səbəb olub. Makkeyn "Fox News
Sunday” proqramına müsahibəsində Rusiyanın xarici işlər naziri
Sergey Lavrovla əlaqədar kəskin ifadələr işlədib. Makkeyn Lavrovu
"quldur və qatil” Putunin "marioentkası və təbliğatçısı”
adlandırıb.
O, Rusiya XİN rəhbərinin prezident Trampla görüşünü şərh edərkən
deyib ki, Lavrovun Oval kabinetdə nə işi var?
Amerikalı senatorlara Moskvadan verilən cavab isə çox sərt
olub.
“Rusiyanın G7-nin (“Böyük yeddilik”) tərkibinə
qayıdışı Minsk razılaşmalarının icrası və Ukraynanın ərazi
bütövlüyünün bərpası olmadan mümkün deyil”. Bunu
ABŞ-ın dövlət katibi Reks Tillerson Romadan Brüsselə uçuş zamanı
“Air Force One” təyyarəsində jurnalistlərlə söhbət zamanı
deyib.
“Rusiya Ukraynadakı vəziyyətə görə G7-dən çıxarılıb. Buna görə
də düşünürəm ki, Rusiya ora yenidən daxil olması üçün Ukraynadakı
vəziyyətlə məşğul olmalıdır”, - ABŞ xarici siyasət idarəsinin
başçısı bildirib.
Xatırladaq ki, Rusiya Krımın ilhaqına cavab olaraq 2014-cü ilin
martında G8-dən kənarlaşdırılıb.
2016-cı ilin yayında Amerika xüsusi xidmət orqanları
Rusiya ilə bağlı əhəmiyyətli məlumatlar toplayıblar.
Bu haqda kəşfiyyat məlumatları ilə tanış olan 4 mənbə “The New York
Times” nəşrinə bildiriblər. Onlardan biri istefaya çıxan keçmiş
məmurdur, digərləri isə hazırda işləyirlər.
Əldə olunan kəşfiyyat məlumatlarına görə, Rusiya xüsusi xidmət
orqanlarının yüksək vəzifəli əməkdaşları və siyasətçiləri
məsləhətçiləri vasitəsilə Donald Trampa təsir göstərmək yollarını
müzakirə edirdilər. Xüsusi xidmət orqanlarının məlumatına görə,
danışıqlarda xüsusi olaraq Manafort Pol (o zaman Trampın seçki
qərargahının başçısı idi –red.) və gələcək prezidentin qısamüddətli
milli təhlükəsizlik məsləhətçisi işləyən Maykl Flinndən söhbət
gedirdi.
ABŞ kəşfiyyatı iddia edir ki, hər iki şəxs Rusiyanın rəsmi
şəxsləri ilə vasitəli əlaqələrə malik idilər.
Putin Trampı necə ələ almaq istəyirdi? – ŞOK KƏŞFİYYAT SİRRİ
ABŞ yeni büdcə layihəsində xarici ölkələrə
qarşılıqsız hərbi yardım proqramlarını kreditlərlə əvəz etmək
istəyir. Bunu jurnalistlərə açıqlamasında ABŞ
Prezident Administrasiyasının rəsmi nümayəndəsi Mik Malveyni
söyləyib.
“Biz 100 milyon dollar əvəzinə kreditlərin verilməsi
tərəfdarıyıq. Bununla bizdən kredit alan xarici ölkələr daha çox
hərbi vasitələr əldə edə bilərlər”.
ABŞ-ın hərbi yardımları Misir, İordaniya və İsrailə əvvəlki
qaydada saxlanılacaq. Ukrayna, Filippin, Pakistan, Tunis, Livan,
Kolumbiya və Vyetnam kimi ölkələrə edilən yardımlar isə
dayandırılacaq.
İraqda kürdlərin müstəqilliyi
qaçılmazdır. Bunu Konqresdə çıxışı zamanı ABŞ
Kəşfiyyat Təşkilatının rəhbəri general Vinsent Stüart söyləyib.
“İŞİD Mosulda məğlub olduqdan sonra İraq hökuməti üçün ən böyük
təhdid hökumətdəki şiələrlə ölkənin qərbindəki sünnilər və kürdlər
arasında fikir ayrılığını necə ortadan qaldırmaq olacaq. Hökumət
üçün digər təhdid isə Kərkükdəki neft yataqlarına sahiblik
məsələsidir. Hazırda əsas məsələ kürdlərin müstəqil dövlət
yaratması yox, bunun nə qədər erkən olacağıdır”, – deyə o
bildirib.
İraqın keçmiş baş naziri Nuri əl-Maliki İranın
yardımı ilə ölkədə hərbi çevriliş hazırlayır. Keçmiş
nazirin hərbi çevrilişə cəhd edəcəyini söyləyən şəxs isə ABŞ
prezidentinin müşaviri Cared Kuşner olub. O, İraqın Daxili İşlər və
Müdafiə Nazirliyində çalışan 785 əsgərin vəzifədən
uzaqlaşdırılmasını tələb edib.
Rəsmi Vaşinqton Bağdada çevriliş olacağı təqdirdə İranın bölgədə
nüfuz dairəsini artıracağını söyləyib.
ABŞ prezidenti Donald Trampın kürəkəni və baş
sözçüsü Cared Kuşner Rusiya ilə əlaqədə olması şübhəsi ilə ifadə
verib. “Vaşinqton Post” qəzeti xəbər verir ki,
Trampın kürəkəninin ifadəsini ABŞ-ın Federal Tədqiqatlar Bürosu
(FTB) əməkdaşları alıb.
Cared Kuşnerin Rusiyanın Vaşinqtondakı səfiri Sergey Kislyak və
rusiyalı bankirlə görüşlər keçirməsi onun FTB tərəfindən
sorğulanmasına səbəb olub.
Məlumata görə, hazırda FTB Cared Kuşnerin Rusiya ilə
bağlılığının olub-olmaması məsələsini ciddi şəkildə araşdırır.
İsrailin müdafiə naziri Aviqdor Liberman ölkəsi və
ABŞ arasında kəşfiyyat məlumatlarının mübadiləsi prosesinə
düzəlişlərin daxil edildiyini açıqlayıb. “Foreign
Policy” nəşrinin versiyasına görə, Təl-Əvivin bu qərarı ABŞ
prezidenti Donald Trampın Rusiya xarici işlər naziri Sergey Lavrova
İŞİD haqqında tam məxfi informasiyanı verməsi ilə bağlıdır.
Moskvaya “sevgi”nin ağır nəticəsi: MOSSAD Trampdan QİSAS ALIR
Mançester terroru
Mayın 22-də Böyük Britaniyanın Mançester şəhərində
konsert zamanı stadionda partlayış törədildi.
Partlayış nəticəsində 22 nəfər ölüb, 59 nəfər yaralanıb. Kamikadze
tərəfindən törədilən partlayışa görə İŞİD terror təşkilatının
döyüşçüləri məsuliyyəti öz üzərinə götürüblər. Bu, 2005-ci ildə
London metrosunda törədilən və 50 nəfərin ölümünə səbəb olan terror
aktından sonra ən böyük terror hücumu idi.
23 yaşlı İŞİD terrorçusu Salam Abedi terror aktını törətməkdə
şübhəli bilinir.
Böyük Britaniyanın daxili işlər naziri Amber Radd da
jurnalistlərinə açıqlamasında Salman Abedinin yaxın vaxtlarda
Liviyada olduğunu bildirib. O həmçinin təsdiq edib ki, Abedi
Britaniya xüsusi xidmət orqanlarına məlum idi.
Salman Abedi hücuma təxminən bir il müddətində hazırlaşıb. Bu
haqda “Times” qəzeti bildirib.
Mançester terrorçusu hücuma belə hazırlaşıb - YENİ DETALLAR
Mançester teraktına bənzər hadisələr arta
bilər. Bunu Senatda çıxışı zamanı ABŞ Milli
Təhlükəsizlik naziri Con Kelli söyləyib. O, bu teraktı dəhşət
adlandırıb. Kelli teraktların xüsusilə, Avropada artma ehtimalının
olduğunu bildirib.
Ömər Dağlı
Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_tehlil/200393.htmlŞahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 0552252950 (Whatsapp)