Ərzaq daşıyan avtomobil qəzaya düşdü: 3 yaralı

Ərzaq daşıyan avtomobil qəzaya düşdü: 3 yaralı
15:39 28 May 2017
82 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün səhər saatlarında İmişli rayonunda “Mercedes” və ərzaq yük maşını toqquşub.

 

APA-nın yerli bürosunun məlumatına görə, hadisə səhər saat 11.00 radələrində rayonun Qaralar kəndində baş verib.  

 

Qəza nəticəsində İmişli rayon sakinləri, 1999-cu il təvəllüdlü Cəfərov Alim İsa oğlu kəllə-beyin travması, 1978-ci il təvəllüdlü Əhmədov Sədi Havar oğlu və 1988-ci il təvəllüdlü Quliyev Elton Tahir oğlu isə sınıq xəsarətləri alıb. Onlar İmişli rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır. 


Xəbərin orijinal ünvanı: https://news.lent.az/news/275625

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR